Yenilər

Aliexpress-dən aldanmadan rahatlıqla alış-veriş etməyin yollar

Celal

Mircəlal
Rəhbərliki
Master
Yaş
28
Şəhər
Sumqayıt
#1
ROJ1192331 1.jpg

Aliexpress, mərkəzi Çində olan Alibaba Groupun aid online alış-veriş saytıdır. Mütəlif çeşidli milyonlarla yüzminlərlə məhsulun satıldığı Aliexpress dünyanın bir çox ölkəsindən istifadə edilir. Amazon-la bənzərlik göstərən saytda kiçik istehsalçıların istehlakçılara birbaşa çıxış şansı var. Ölkəmizdə də çox sayda insanın istifadə etdiyi Aliepressdə də bizim işbaz satıcılara bənzər satıcılar var. 7 illik online ticarət təcrübələrimə əsaslanaraq, aldanmamanız və etibarlı şəkildə alış veriş etməniz üçün bildiklərimi yazacam.

  • Hər zaman ən uzuz məhsula qaçmayın. Seçdiyiniz məhsulu haqqında yazılanların hamısını dəqiq ouyun, satıcı yazdığı xüsusiyyətlərə sahib malı sizə verməyə borcludur. Axtardığınız bir özəllik o məhsulda yoxdursa satıcıya mesaj yazın və dəqiqləşdirin.
  • Satıcı çox önəmlidir. Almaq istədiyiniz məhsulu satan satıcının səhifəsinə, əvvəlki satışlarına, müştərilərin yazdığı şərhləri ouyun və sizdə güvən duyğusu yaradırsa o alış-veriş edin.
  • Böyük mağazalardan almağa çalışın. Kiçik mağazalarla bəzən problemlər yaranır.
  • Məhsul sizə çatdıqdan sonra açın, baxın əgər problem yodursa məhsulun gəldiyini təsdiq edin.
  • Malın gec ya da tez gəlməsi satıcı ilə əlaqəli deyil. O satıcı tez göndərir bu satıcı gec göndərir kimi şərhlərə inanmayın. Malın gəlmə vaxtlı poçt şirkəti ilə bağlıdır.
  • Şərhlərə mütləq baxın. Bir məhsulu almaq istəyirsinizsə o malı daha əvvəl alanların yadıqlarını diqqətlə ouyun. Sadə bir misal çəkim. Ucuz bir sumka almaq istəyirdim. Şərhləri oxuyanda gördüm ki, sumqakı alan hamı narazıdır. 2-3 ay sonra xarab olub. Başınıza belə şeylər gəlməməsi üçün diqqətli olun.
  • Forumda mövzu açın. Almaq istədiyiniz istədiyiniz mal haqqında forumda mövzu açın, malın linikini əlavə edin. Baxıb mütləq köməklik etməyə çalışacam
Yaxın zamanda forumda aliepressdə qeydiyyatdan başlayaraq alış-verişin necə olduğu izah edəcəm. Bir aalışverişin hekayəsi adlı mövzu açmağı düşünürəm.
Sual və ya əlavəniz olsa yazın. :cool:
 

Üst