AliExpress Nədir? - AliExpressdən Necə Alış-veriş etmək olar?

Saytda reklamları görməmək üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçənlər heç bir reklam görməyəcək.

Celal

Mircəlal
Rəhbərliki
Master
Find-Brands-On-AliExpress.jpg

AliExpress (Aliekspres) Çin mallarının ən ucuz qiymətə onlayn satıldığı hipermarketdir. Yəni özündə müxtəlif satıcıları və mağazaları birləşdirən bir platformadır. Aliexpress.com səhifəsi özü Alibaba qrupuna aid olan saytlardandır. Aliexpress saytında mallar əsasən 27 kateqoriya üzrə çeşidlənmişdir.

Malların axtarışı: Aliexpressdə hər hansı bir malı axtarmaq çox asandır. Axtardığınız malın adını axtarış xanasında yazarkən, Aliexpress sizə dərhal açar sözləri təklif edəcək. Həmçinin siz kateqoriyalardan istifadə edərək də lazım olan malları axtara bilərsiniz. Axtarışı daha da asanlaşdırmaq üçün filtrdən istifadə edə bilərsiniz. Axtarışı aşağıdakı şərtlərə uyğun filtrləyə bilərsiniz: pulsuz çatdırma, qiymətə görə sıralama, malın reytinqinə görə sıralama və s. Hər kateqoriyanın özünə görə əlavə filtr şərtləri də vardır. Məsələn Mobil Telefonlar kateqoriyasında axtarış edirsinizsə, telefonun ekran ölçüsü, SIMkart sayı, əməliyyat sistemi, əməli yaddaşı (RAM), prosessoru və s. funksiyalarını təyin edə bilərsiniz.

Ödəniş sistemi: Sifarişin pulunun ödənişini plastik kartlarla (VISA, MasterCard, Maestro), elektron ödəmə sistemləri ilə (Alipay, QIWI Wallet və ya Яндекс.Деньги) həyata keçirə bilərsiniz. Bu ödənişlər sayt tərəfindən 24 saat ərzində qəbul olunur. Məqsəd – kart və ya hesab sahiblərinin hesablarının təhlükəsizliyini təmin etməkdir. Həmçinin ödənişi Webmoney ödəmə sistemi ilə də həyata keçirə bilərsiniz.

Aliexpress saytı irili-xırdalı bütün sifarişlərə nəzarət edir. Alıcıların və eləcə də satıcıların hüquqlarını qoruyur. Sanki alıcı ilə satıcı arasında etibarlı vasitəçi rolunu oynayır. Odur ki, Aliexpress saytında qaydaları bilən alıcı heç vaxt aldanmaz.

Malın çatdırılması: Malların göndərişini Aliexpress yox, satıcı özü həyata keçirir. Odur ki, satıcı müxtəlif qiymətlər və müxtəlif çatdırılma vaxtı təklif edə bilər. Pulsuz çatdırma (Free Shipping) və özəl çatdırma xidmətlərinin qiymət fərqi olduğu kimi çatdırma müddətində də fərq vardır. Azərbaycana gələn bağlamalar orta hesabla 15-50 gün çəkir.

Malı aldıqdan sonra Aliexpress saytında bu haqda bildirişi təsdiqləyirsiniz. Bundan sonra sifarişiniz tamamlanmış olur. Əgər aldığınız mal saytda göstərildiyi kimi deyilsə və ya hər hansı qüsuru vardırsa, onda bu haqda saytda qeyd edirsiniz və satıcı ilə danışıqlar aparırsınız (malın dəyişdirilməsi, kompensasiya ödənilməsi və s.). Əgər alıcı ilə satıcı razılıq əldə edə bilməsə, Aliexpress məsələyə qarışır. Bu işlər kor-koranə deyil, sifariş və bağlamaya aid dəlillərlə həyata keçirilir. Aliexpress alıcının da, satıcının da hüquqlarını qoruyur.

Aliexpress haqqında hər hansı sualınız və ya yaşadığınız çətinlik varsa ya bura şərh olaraq yazın ya da forumda yeni mövzu açın, köməklik edək.
Sualınıza daha tez cavab tapmaq istəyirsinizə forumda yeni mövzu açın.
 
R

RUSTEMOVA ULVIYYE

Qonaq
Əlavə olunmuş faylları göstər46
AliExpress (Aliekspres) Çin mallarının ən ucuz qiymətə onlayn satıldığı hipermarketdir. Yəni özündə müxtəlif satıcıları və mağazaları birləşdirən bir platformadır. Aliexpress.com səhifəsi özü Alibaba qrupuna aid olan saytlardandır. Aliexpress saytında mallar əsasən 27 kateqoriya üzrə çeşidlənmişdir.

Malların axtarışı:
Aliexpressdə hər hansı bir malı axtarmaq çox asandır. Axtardığınız malın adını axtarış xanasında yazarkən, Aliexpress sizə dərhal açar sözləri təklif edəcək. Həmçinin siz kateqoriyalardan istifadə edərək də lazım olan malları axtara bilərsiniz. Axtarışı daha da asanlaşdırmaq üçün filtrdən istifadə edə bilərsiniz. Axtarışı aşağıdakı şərtlərə uyğun filtrləyə bilərsiniz: pulsuz çatdırma, qiymətə görə sıralama, malın reytinqinə görə sıralama və s. Hər kateqoriyanın özünə görə əlavə filtr şərtləri də vardır. Məsələn Mobil Telefonlar kateqoriyasında axtarış edirsinizsə, telefonun ekran ölçüsü, SIMkart sayı, əməliyyat sistemi, əməli yaddaşı (RAM), prosessoru və s. funksiyalarını təyin edə bilərsiniz.

Ödəniş sistemi: Sifarişin pulunun ödənişini plastik kartlarla (VISA, MasterCard, Maestro), elektron ödəmə sistemləri ilə (Alipay, QIWI Wallet və ya Яндекс.Деньги) həyata keçirə bilərsiniz. Bu ödənişlər sayt tərəfindən 24 saat ərzində qəbul olunur. Məqsəd – kart və ya hesab sahiblərinin hesablarının təhlükəsizliyini təmin etməkdir. Həmçinin ödənişi Webmoney ödəmə sistemi ilə də həyata keçirə bilərsiniz.

Aliexpress saytı irili-xırdalı bütün sifarişlərə nəzarət edir. Alıcıların və eləcə də satıcıların hüquqlarını qoruyur. Sanki alıcı ilə satıcı arasında etibarlı vasitəçi rolunu oynayır. Odur ki, Aliexpress saytında qaydaları bilən alıcı heç vaxt aldanmaz.

Malın çatdırılması: Malların göndərişini Aliexpress yox, satıcı özü həyata keçirir. Odur ki, satıcı müxtəlif qiymətlər və müxtəlif çatdırılma vaxtı təklif edə bilər. Pulsuz çatdırma (Free Shipping) və özəl çatdırma xidmətlərinin qiymət fərqi olduğu kimi çatdırma müddətində də fərq vardır. Azərbaycana gələn bağlamalar orta hesabla 15-50 gün çəkir.

Malı aldıqdan sonra Aliexpress saytında bu haqda bildirişi təsdiqləyirsiniz. Bundan sonra sifarişiniz tamamlanmış olur. Əgər aldığınız mal saytda göstərildiyi kimi deyilsə və ya hər hansı qüsuru vardırsa, onda bu haqda saytda qeyd edirsiniz və satıcı ilə danışıqlar aparırsınız (malın dəyişdirilməsi, kompensasiya ödənilməsi və s.). Əgər alıcı ilə satıcı razılıq əldə edə bilməsə, Aliexpress məsələyə qarışır. Bu işlər kor-koranə deyil, sifariş və bağlamaya aid dəlillərlə həyata keçirilir. Aliexpress alıcının da, satıcının da hüquqlarını qoruyur.

Aliexpress haqqında hər hansı sualınız və ya yaşadığınız çətinlik varsa ya bura şərh olaraq yazın ya da forumda yeni mövzu açın, köməklik edək.
Sualınıza daha tez cavab tapmaq istəyirsinizə forumda yeni mövzu açın.
Bilmek isteyirem ki azerbaycana pulsuz catdirilma movcuddurmu? Men mehsullari secirem lakin catdirilmasi mehsulun deyerinden qat qat yuksek olur ona gorede helede sifariw yerlewdire bilmemiwem. Xahiw edirem bu barede melumat veresiz
 

Celal

Mircəlal
Rəhbərliki
Master
Bilmek isteyirem ki azerbaycana pulsuz catdirilma movcuddurmu? Men mehsullari secirem lakin catdirilmasi mehsulun deyerinden qat qat yuksek olur ona gorede helede sifariw yerlewdire bilmemiwem. Xahiw edirem bu barede melumat veresiz
Satıcıya görə dəyişir çatdırılma. Bəzi satıcılar bizim ölkəyə pulsuz məhsul göndərərkən bəziləri də göndərmir.
Pulsuz çatdırılma olmayan məhsulları karqo şirkətlərinin köməyi ilə ala bilərsiniz.
Forumda bu haqda yazılar var.
 
Üst