Aliexpressdən edilən sifarişlərdə pulumuza necə qənaət etmək olar?

Elektron pul kisələri haqqında yazı yazım?

  • Yaz

    Kullanılan: 1 100.0%
  • Ehtiyac yoxdur

    Kullanılan: 0 0.0%
  • Keyfin bilir

    Kullanılan: 0 0.0%

  • İstifadə edilən ümumi səs
    1

Celal

Mircəlal
Rəhbərliki
Master
cashback-explained.jpg
Etdiyimiz online alış-verişlərdə pulumuza qənaət edə bilərik, bir məhsulu daha ucuz almaq üçün nə edə bilərik? Bu sualın bir cavabı var o da Cashback-dir . Cashback nədir, nə işə yarayır?. Ən sadə formada belə bir tərif verə bilərik, xarici online aliş-veriş saytlaırna ödədiyimiz pulun 7-10.5 %-ni geri qaytarmaq olar. Ən əsası da Aliexpressdən alış-veriş etdiyimiz zaman bu rəqəm daha böyük olur. Məsələn, Aliexpressdən 100 $-lıq mal sifariş etdikdə 7-10.5 $ geri almış oluruq.

Deməyə yaxşı deyirsən amma bu işin sirri nədir? Bəs bu sayt ya da proqram niyə bizə bu bulları ödəsin? Sanki bu sualları verdiyinizi eşitdim. Əslində məntiqli hər insanın verəcəyi ilk sual bu olmalıdır. Yəni sazan sayağı nəyin nə olduğunu bilmədən 3-5 dollar qazanacam deyə təklifin üstünə tullanmadan öncə, bu işin əmması nədir ona bir baxaq.
Cashback işi ilə məğul olan firmalar ilk öncə alış-veriş saytlaır ilə danışırlar ki, ay brat mən sənə çox sayda müştəri gətirəcəm və sən də hər gətirdiyim müştərinin ödədiyi puldan filan qədər faizi mənə verəcən. Alış-veriş saytı da təbii ki, bu təklifi qəbul edir. Daha çox müştəri demək, daha çox pul demədir. Sonra bu bizim Cashbackçilər bizə deyirlər ki, siz bu bratların saytından alışveriş edəndə bizim üzərimizdən edin, biz də sizə onların bizə verdiyi faizin bir hissəsini verək. Qısacası al gülüm ver gülüm məsələsi olur və nəticədə siz 100 dollarlıq məhsulu 94 dollara almış olursunuz.

Deyəsən bu məsələ sizə indi daha bir maraqlı gəlir. Hə? ;) Eeee işin sirrini bildiniz nə də olsa. Əsas məsələ fırıldaq falan olmamasıdır.

Keçək əsas məsələyə.

1. Sətrin sonundakı linkə keçid edərək qeydiyyatdan keçmək lazımdır. ---> Qeydiyyat üçün tıkla
2. Qeydiyyatı tamamlamaq üçün E-mail adresimizə gələn linkə keçid edərək qeydiyyatı təsdiqləyirik.
3. Google play və ya Apple store dan EPN proqramını smartfonumuza yükləyirik və qeydiyyatdan keçdiyimiz login və parolla proqrama giriş edirik.
4. Aliexpress proqramını telefonumuza yükləyirik və qeydiyyatdan keçirik və qeydiyyat varsa sadəcə daxil oluruq.

Elektron pul kisələri:
Burdan qazandığımız pulları nağdlaşdırmaq və ya yenidən alış-verişlərdə istifadə etmə üçün elektron pul qabımız olmalıdır. Bunun üçün də aşağıdakı saytlarda qeydiyyatdan keçib, pul qabı açmaq laızmdır. Bu sistemlər haqqında da başqa bir gündə izahlı bir şeylər yazacam.

1. Qiwi
- qeydiyyat keçən zaman ilkin olaraq rus rublu ilə hesab açılır, ancaq ödəniş edərkən avtomatik olaraq rubl dollar konvertasiya olunur. Həm də hesaba bir neçə valyuta əlavə etmək olar. Çox sadə sistemə malikdir. Ona görə də bu pul kisəsini məsləhət görürəm. - http://qiwi.com
2. Webmoney - sistem bir qədər qəlizdir. Kimin artıq varıdırsa yəqin problem olmaz, olmayanlar üçün isə qiwi-ni məsləhət görürəm. - http://webmoney.ru

Nə dərəcədə aydın yazdığımı dəqiq bilmirəm. Gecənin üçündə ancaq bu qədər olar :sleep:. Hər hansı bir sualınız və ya köməyə ehtiyacınız olsa çəkinmədən yazın. Sevərək cavablayaram. :cool:
 
Son düzəliş:
Üst