Yenilər

AMD RX 3000 Seriyası Video Kartlars Aid Məlumatlar Sızdırıldı

Celal

Mircəlal
Rəhbərliki
Master
Yaş
28
Şəhər
Sumqayıt
#1
amd-radeon-rx-480-1.jpg
AMD, orta və üst səviyyədə yeni video kartlar çıxarmağa hazırlaşır.

Nvidianın RTX 2000 seriyası video kartların bazara çıxmasından sonra diqqət AMD-yə yönəlmişdi. AMD isə hazırda 7 nanometrelik kartlar üzərində işlədiklərini bildirərək, bir az da gözləmək lazım olduğunu açıqlamışdı.

Bir mənbə, AMD-in gələcək nəsil 7 nanometrelik video kartlarını sızdırdı. Qaynağın iddiasına görə AMD, Nvidia ilə oxşar bir adlandırma formasına keçəcək.

Yeni AMD kartların adları RX 3080, RX 3070 və RX 3060 olacaq. Təxmin edəcəyiniz kimi bu kartlar üst, orta - üst və orta səviyyəyə üçün nəzərdə tutulacaq.

RX 3080
Şirkətin 7 nanometre Finfet texnologiyası ilə istehsal ediləcək ən yüksək səviyyə video kartı RX 3080 olacaq. Bu kartda 8 GB GDDR6 yaddaş yer alacaq. 150 Watt TDP dəyərinə malik olacağı deyilən kartın performansının Vega 64 və GTX 1080-dən 15% yüksək olacağı, RTX 2070-lə baş-başa olacağı bildirilir.

Kartın qiymətinin isə 250 dollar səviyyələrində olacağı deyilir. Əgər belə bir kart 250 dollardan bazara çıxsa, ekran kartı tarixinin ən uğurlu məhsullarından biri halına gələ bilər.

RX 3070
RX 3070 modeli də 8 GB GDDR6 yaddaşla gələcək. TDP dəyəri isə 120 Watt olaraq müəyyən edilib. Kartın performansının Veqa 56 - GTX 1070 - RTX 2060 səviyyəsində olacağı bildirilir. Qiyməti isə 200 dollar olacaq.

Bu kartın da hədəf olaraq seçdiyi qiymət/performans nisbəti son dərəcə yüksəkdir.

RX 3060
Sıranın ən aşağı səviyyədəki video kartı olan RX 3060 modelində 4 GB GDDR6 yaddaş olacaq. TDP dəyəri 75 Watt olan kart, əlavə hansısa enerji girişinə ehtiyac olmayacaq. Performans hədəfi isə RX 580 - GTX 1060 olacaq. Qiymət olaraq da 130 dollar səviyyəsi olacağı deyilir.

Steam istifadəçiləri arasında ən çox istifadə edilən video kartı olan GTX 1060-ın rəqibi bir kartın 130 dollar kimi bir qiymətlə təqdim edilməsi, baha qiymətlrə görə konsolları üstünlük verən oyunçuları cəlb edə bilər. Bu məlumatların doğru olması halında Nvidianın necə cavab verəcəyini çox maraqlıdır.

RTX texnologiyalarına böyük sərmayə qoyan Nvidia, bir az da bu səbəbdən də yeni kartlarında qiymətləri bir xeyli yüksək tutub. AMD-nin RTX və ya DLSS bənzəri texnologiyalarla təchiz edilməmiş, saf əməliyyat gücünə malik video kartları, Nvidianın planlarını poza bilər.
 

Üst