Amerikadan sifariş etmək etibarlı üçün alış-veriş saytları.

Celal

Mircəlal
Rəhbərliki
Master
03-768x402.jpg
Hər ay yüzlərlə şəxs geyim, kosmetika və elektronika əşyalarını Amerikadan sifariş edir. Əksər zaman məhsulu Amerikadan sifariş etməklə büdcənizə 2 dəfə qənaət etmiş olursunuz. Karqo şirkətləri vasitəsilə siz də Amerika saytlarında bəyəndiyiniz geyim, kosmetika və elektronikanı rahatlıqla əldə edə bilərsiniz.

  1. Amazon
    Amerikadan sifarişlərin böyük bir hissəsi Amazonun payına düşür. Amazon 1994-cü ildə Jeff Bezos tərəfindən “Cadabra” adı ilə əsası qoyulmuş, 1995-ci ildə “Amazon.com” olaraq fəaliyyətinə davam etmişdir. Onlayn kitab evi olaraq fəaliyyətə başlayan Amazon, hazırda dünyanın ən böyük onlayn ticarət saytına çevrilmişdir. Dünyanın ən dəyərli üçüncü şirkəti olan Amazonda siz zövqünüzə uyğun hər çeşiddə- kitab, geyim, aksesuar, elektronika və s. məhsul tapa bilərsiniz. Bu saytdan ən çox elekteronika sifarişləri üçün istifadə edilir.
  2. Ebay
    Ebay Amerika ofisimizə ən çox sifariş edilən onlayn ticarət saytlarından biridir. Ebay 1995-ci ildə Pierre Omidyar tərəfindən qurulmuşdur və fərqli satış modellərini təqdim edərək ən populyar satış platformasına çevrilmişdir. Bu saytda elektronikadan aksesuar, kitab çeşidlərinə qədər hər növ məhsul tapmaq mümkündür.
  3. Ali Express
    Aliexpress, Çin məhsullarının ən ucuz qiymətə satıldığı, milyonlarla məhsul çeşidinə sahib olan və bir çox satıcını özündə birləşdirən bir platformadır. Çin firmalarının digər ölkələrə satış etməsi üçün qurulan Aliexpress.com, hazırda dünyanın ən böyük internet şirkətlərindən biridir.
  4. Walmart
    Dünyanın ən nəhəng ticarət platformalarından biridir. "Always Low Price" "Həmişə aşağı qiymət" strategiyası ilə işləyir. WalMart-dan alınan bir məhsulun orta qiyməti 3 dollar civarındadır.
  5. Sephora
    Sephora, fərdi qulluq və gözəllik məhsullarının satıldığı mağazalar şəbəkəsidir. Təxminən 3000 marka olan Sephora, özəl etiketli kosmetika, dəriyə qulluq, bədən, ətir, dırnaq rəngi, gözəllik vasitələri və saç baxımı kimi gözəllik məhsullarını təklif edir.
  6. Shop Disney
    Yalnız Disney məhsullarını satan beynəlxalq mağazalar zənciridir. Azyaşlıların sevimli qəhramanlarına məxsus bir çox çeşiddə məhsulları özündə birləşdirir.
  7. Carter's
    Carter's keyfiyyət və yenilik üzərinə qurulmuş, dünyanın ən öndə gedən uşaq geyim, aksesuar və hədiyyə markaları arasındadır. Anaların övladları üçün keyfiyyətli məhsullar əldə etdiyi ən yaxşı dostlarındandır.
  8. Michael Kors
    Kişi və qadın hazır geyim, aksesuar, saat, ayaqqabı, çanta, ətir çeşidləri ilə seçilən, dünyanın ən məşhur və sevilən mağazalarından biridir. Qadınların geyim, aksesuar seçimlərində üstünlük bu mağazanın payına düşür.
  9. Asos
    Ən yaxşı markaları və ən dəbli məhsulları özündə birləşdirən Asos saytı qadınların ən çox müraciət etdiyi onlayn mağazalarından biridir.
  10. H&M
    H&M Hennes & Mauritz AB İsveç beynəlxalq pərakəndə geyim şirkətidir. Hazır geyim sənayesində fəaliyyət göstərən şirkət kişi, qadın, gənclər və uşaqlar üçün geyim istehsal edir. 1947-ci ildə Erling Persson tərəfindən əsası qoyulmuşdur və bu gün qadınlar üçün ən populyar markalar arasında öz mövqeyini qoruyur.
 
Üst