Artıq Facebookda Like Saylarını Görmək Olmayacaq

Celal

Mircəlal
Rəhbərliki
Master


Facebook şirkətinin təmsilçiləri bildiriblər ki, yaxın müddətdə onlar sosial şəbəkədə like saylarının göstərilməsinin deaktiv edilməsi funksiyasının testinə start verəcəklər. Bu barədə Gagadget saytı xəbər verib. Bir çox tətbiqlərin müşahidəsi ilə məşğul olan tərtibatçı Jane Manchun Wong Facebook tətbiqinin Android versiyasında like saylarını müəllifdən başqa digər istifadəçilər üçün gizlətməyə imkan verən kodu aşkar edib.

Bu funksiya vasitəsilə müəyyən paylaşıma gəlmiş like sayları sadəcə olaraq like və reaksiyalar şəklində göstəriləcək. Beləliklə paylaşımın digər şəxslərin də bəyəndiyi məlum olacaq. Lakin like sayları yalnız paylaşımı etmiş şəxsə məlum olacaq. Facebook tərtibatçıları təsdiqləyiblər ki, yaxın zamanda bu funksiyanın testinə start veriləcək.
 
Üst