Avstraliya pasportdan imtina edir - Pasport dövrü bitir.

Celal

Mircəlal
Rəhbərliki
Master

2020-ci ildən sonra ora gedənlər özlərilə pasport aparmağa məcbur olmayacaq. Pasportların yerini müasir texnologiyalar alacaq.

Ölkə rəsmilərinin sözlərinə görə, yaxın bir neçə ildə standart ID kartlarını, üz, göz və ya barmaq izlərini tanıyan biometrik texnologiyalar hazırlanacaq.

Hər şey plana uyğun olarsa, başqa ölkələrdən Avstraliyaya gələn şəxslər normal ölkə vətəndaşları kimi hava limanında dayanmadan hərəkət edə biləcəklər. Ölkəyə giriş nöqtələrinin 90 faizi elektronik stansiyalarla təmin ediləcək.

Pilot layihə bu ilin iyulunda Kanberra aeroportunda fəaliyyətə başlayacaq.
 
Üst