Azərbaycana Bağlamalar (Sifarişlər) Daşıyan Şirkətlərin Sİyahısı

Saytda reklamları görməmək üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçənlər heç bir reklam görməyəcək.

Celal

Mircəlal
Rəhbərliki
Master
maxresdefault.jpg

Texnologiyanın inkişafı və həyatımızın hər sahəsini əhatə etməs ilə artıq alış-verişi də online edirik. Hamımızın bildiyi kimi bir çox böyük sayt Azərbaycana çatdırılma etmir.
Yəni biz hansısa bir xarici saytda almaq istədiyimiz məhsulu sifariş edib, ölkəmizə gətirə bilmirik. Bu problem üçün bizə həll təklif edən bir neçə şirkət var. Bu şirkəylər sizin etdiyiniz sifarişləri Azərbaycana daşıyır.

Bu daşınma prosesindən məlumatı olmayanlar üçün kiçik bir izah verim. Amazon-u misal çəkim, Amazon Azərbaycana əksər məhsulların çatdırılmasını etmir. Və siz amazonda münasib bir notebook tapmısınız və onu almaq istəyirsiniz. Bunun üçün ilk önce aşağıda qeyd olunan saytlardan birini seçirsiniz və o saytda qeydiyyatdan keçirsiniz. Saytda qeydiyyatdan keçdikdən sonra sizin həmən saytdakı profilinizdə bir adres görünür (Adres, telefon nömrəsi və's). Daha sonra amazon.coma girib məhsulu sifariş edirsiniz, amma çatdırılma adresi olaraq bayaq qeydiyyatdan keçdiyimiz saytdakı adresi yazırsınız və sizə sadəcə gözləmək qalır. Amazondan alıdığınız məhsulu gətirib o adresə, həmən şirkətin anbarına təhfil verirlər, onlar da o bağlamanı Bakıya gətirirlər. Siz də həmən şirkətin bakıdakı ofisinə gedib bağlamanızı götürürsünüz.

Məlumatım olan bəzi şirkətlərin adlarını və haqqlarında bildiklərimi ağaşıda qeyd edəcəm.

Qeyd: Bu reklam yazısı deyil, tamamilə şəxsi təcrübələrimə və bir neçə istifadəcidən aldığım məlumata əsasn yazıram.

1. Camex.az: Bakı, Gəncə və Sumqayıtda ofisləri olan ən məşhur bağlama göndərmə xidməti. Camex ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya (Hazırda camex şirkəti rusiyadakı anbarını bağlayıb və Azərbancana bağlamaların çatdırılmasını həyata keçirmir), Honkonq və BƏƏ-dən sifarişləri çatdırır. Sayta girin, qeydiyyatdan keçin, Nyukasl, İstanbul və Moskvada öz "pəncərənizi" əldə edin. Rusiya haqqında eynisini deməyə çətinlik çəksək də, ABŞ və Avropadan sifarişlər daha tez gəlir. Qiymət bağlamanın çəkisindən və sifariş verdiyiniz ölkədən asılıdır.
Camex ən məşhur və ən çox müştərisi olan şirkət olsa da həm də ən çox şikayət olunan şirkətdir. Mənim öz sifarişlərimdə belə bəzən 2-3 həftə gecikmə yaşamışam. Hazırda digər şirkətlərdən birinə keçməyi düşünürəm.

2. Starex.az: Şirkət həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir. Şirkətimiz hal-hazırda Azərbaycan və Türkiyədə qeydiyyatdan keçmiş və hər iki ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir.

3. Mover.az: Mover.az işçiləri ödəmə üçün yerli kredit kartlarını qəbul etməyən saytlar da daxil olmaqla Amerika və Türkiyə saytlarından sifariş verməyə kömək edəcəklər və bağlamanızı 3-7 iş günü ərzində Bakı ofisinə çatdıracaqlar. Amerikadan çatdırılma həftədə bir, Türkiyədən isə iki dəfə həyata keçirilir.

4. Pesoto.az: Camex-lə olan gecikmələrdən sonra yeni şirkət axtarmağa başladım və Peseto rastıma çıxdı. Özləri ilə əlaqə saxlayıb danışdım. Növbəti sifarişlərimi bu şirkət üzərindən etməyi düşünürəm. Bir neçə əlavə xidmətləri də var. Məhsulun yenidən qablaşdırılması, Məhsulun fotolarını çəkilməsi, işlək olub olmamasının yoxlanası (Məhsul xarici anbarda olanda). İsitfadə etdikcə təcrübələrimi paylaşacam.

5. Ase.az: Bu şirkət geniş yükdaşıma xidmətləri təklif edir. Həmçinin digər şirkətlər kimi online alışveriş saytlarından aldığınız məhsulları azərbaycana çatdırır. Çox geniş məlumatım yoxdur, internetdə etdiyim axtarışda tapdım.

6. Postalon.az: Şirkət onlayn-mağazalardan məhsullar əldə edən istifadəçilərə ABŞ, Almaniya və Böyük Britaniyadakı ünvanlarını təqdim edir. Ünvanlar saytda qeyd olunub. Göstərilmiş ünvanlara çatdırılan bağlamalar Azərbaycana göndərilir və alıcı onları şirkətin ofisindən əldə edir.

7. Kango Express: 4-5 iş günü ərzində bağlamaları Bakıya göndərir və hər bazar ertəsi sifarişçilərə çatdırır. Saytda pulsuz qeydiyyatdan keçin, Amerikadakı anbarın ünvanını alın və Amazon və digər məşhur və ya məşhur olmayan saytlardan sifarişlərinizi verin. Əgər sifariş üçün zamanınız yoxdursa, bəyəndiyiniz məhsulun linkini Facebookda mesaj olaraq göndərin - Kango işçiləri sizin yerinizə sifariş edərlər.

8. Amerikadan al:
Əgər yuxarıda saydıqlarımız sizin sifarişinizi gətirməkdən imtina edirlərsə, mütləq Facebook və ya İnstagramda Amerikadan ala müraciət edin. Siz sadəcə almaq istədiyinizin linkini göndərirsiniz və (əgər bu qanunidirsə) onlar sizə bağlamanın qiymətini hesablayırlar. Sizdən bank kartı da tələb olunmur, ödəməni çatdırılma zamanı alırlar, ünvana kuryer xidməti isə transport qiymətinə daxildir.

Sizin də bildiyiniz şirkətlər və ya etmək istədiyiniz əlavələr varsa yazın.
 
Son düzəliş:
Üst