Çexiyada təhsil və viza

MLeyla

İstifadəçi
Üzv
aktiv forumçu

Düşünürəm ki, bütün faydalı saydığım məlumatları blogumda cəmləşdirim. Bunun üçün mənə kömək edən qruplar var. Həmin qrupların birində Rəna xanımın paylaşımını gördüm və düşündüm ki, bu Çexiyada təhsil almaq istəyənlərə çox maraqlı olacaq.

Çexiyada təhsil və viza

Universitetlərə qəbulla əlaqədar yazmayacam onsuz prosedur standartdır xarici universitetlərin çoxunda. “Acceptance letter”i aldıqdan sonra etməli olduqlarınızdan söz açacam.

Deməli başlayaq vizadan:

  • Azərbaycanlı tələbələrin vizaya baxılma müddəti iki aydır. Yəni siz səfirliyə sənədləri verdiyiniz andan iki ay müddətində baxılıb cavab verilir. Bu səbəbdən nə qədər tez ərizə versəz üstünlükdür. Elə universitetin özünə də. Yəni nə qədər tez yollasaz ərizənizi o qədər tez cavab gələr və sizə səfirlik üçün sənədləri hazırlamağa daha çox vaxt qalar.
  • Adətən viza üçün görüşlərə yerin bir ay öncədən götürülməsini nəzərə alsaq cəld tərpənməniz məsləhətdir ( hətta sənədlər tam hazır olmasına bir həftə-on gün qalmış).
  • Sənədlər hamısı rəsmi qaydada çex tərcüməçisi tərəfindən tərcümə olunmalıdır. Rəsmi tanınan tərcüməçilərin adını və kontaktlarını bu linkdə tapa bilərsiniz:
http://datalot.justice.cz/justice/repznatl.nsf/$$SearchForm?OpenForm&Seq=6

Qeyd: Onların ofisi Çex Respublikasında yerləşir. Buna görə də bir həftə məktubların ora getməsini bir həftə gəlməsini və tərcüməyə bir müddət vaxtın getməsini nəzərə alsaz bu prosesində xeyli uzanacağını nəzərə alın.

Gecikmə baş verdikdə:

  • Universitetinizi xəbərdar edin və onlar sizə qısa müddətli (Şengen Vizası üçün) səfirliyə təqdim etmək üçün rəsmi məktub yollamalırı ilə bağlı xahiş edin. Qeyd: Visa qaydalarını bildiklərindən olar bunu yollayır və sizə əllərindən gələn köməyi eləyirlər.
  • Long-term vizayla yanaşı short-term vizaya ərizə verin və ilk 90 günü Çexiyada bu vizayla təhsil aldıqdan sonra Bakıya qayıdıb öz milli vizanızı ala bilərsiniz.
Elə bilirsiz Visa aldıq və bitdi?! Xeyr! :) Növbə Nostrifikasiyanındır!

Nostrifikasiya üçün lazım olan sənədlər:

  • Attestat və yaxud diplom
  • Saatların sayı və fənnlərin adı qeyd olunan rəsmi transkript.(Rəsmi qaydada çex dilinə tərcümə olunmuş).
  • Məktəbin / Universitetin Azərbaycan Təhsil sisteminə aid olması barədə lisenziya
Qeyd: yuxarıda sadalanan bütün sənədlər Apostil olunmalı və çex dilinə biraz öncə qeyd etdiyim rəsmi tanınan tərcüməçilər tərəfindən tərcümə/təsdiq olunmalıdır.

  • Nostrifikasiyaya sənədləri avqustun sonuna təqdim etməlisiniz. Bunu bilavasitə özünüz də edə bilərsiz, universitetinizin qəbul offisindəndə etibarnamə vasitəsi ilə xahiş edə bilərsiniz.
Bütün əsəb və gərginliklərə baxmayaraq Çexiyada təhsil almağa dəyər! :) Hər birinizə uğurlar uşaqlar!

Rəna xanımın yazdıqlarına da mən bir- iki faydalı olacaq linklər əlavə etmək istərdim.

Çexiyaya viza üçün müraciət edəndə həm səfirliyə, həm də VFS.Global mərkəzindən edə bilərsiniz. Mən heç vaxt Çexiyadan viza almamışam. Bu səbəbdən də həm səfirliyə, həm də mərkəzə zəng etdim. İkisində də prosedurlar eynidir. Sadəcə bəzən səfirlikdə yer olmayanda mərkəz sizə bu məsələdə kömək ola bilər. Daha bir fərqləri də mərkəzə əlavə olaraq 49 AZN ödənişin olmasıdır. Hansından istifadə etməyiniz sizə qalıb.

Ətraflı olaraq Səfirlik haqqda oxumaq üçün: https://www.mzv.cz/baku

Ətraflı olaraq VFS.Global mərkəzi haqqda oxumaq üçün: Czech-Republic Visa Information - Azerbaijan - Tez-tez soruşulan suallar

Səfərləriniz bol olsun əzizlərim!:)
 
Üst