Disk Cleanup nə üçün nəzərdə tutulmuşdur?

page03

İstifadəçi
Üzv
Zaman keçdikcə kompüterdə istifadəçiyə bir daha gərək olmayacaq müəyyən fayllar toplanır. Məsələn, veb-səhifələrə baxarkən müvəqqəti fayllar yarana bilir. Əlbəttə, hər kəs diskdə artıq yer tutan belə faylları tapıb silmək istəyər. Diski onlardan təmizləmək üçün Disk Cleanup xidməti proqramı nəzərdə tutulub.

Disk Cleanup komandasını hansı ardıcıllıq ilə ekrana çağrılır?
All Programs (Все программы)⇨ Accessories (Стандартные) ⇨ System Tools (Служебные) ⇨ Disk Cleanup (Очистка диска) komandasını seçin. Bu komandanın seçilməsi zamanı qurğuların seçilməsi üçün pəncərə çıxacaq.
Bizə lazım olan qurğunu (sərt diski) seçib OK düyməsini sıxırıq. Əvvəlcə mövcud seçimə uyğun olaraq həmin diskin qiymətləndirilməsi prosesi gedir.Proqram diskdə nə qədər yer boşalda biləcəyini hesablayıb göstərir. Sonra isə uyğun dialoq pəncərəsi açılır. Yoxlanış zamanı silinməli olan faylların ümümi həcmi barədə verilir. Silmək istədiyiniz faylları seçin və OK düyməsini vurun. Diskin təmizlənməsi proqramını ən azı ayda bir dəfə çalışdırmaq məsləhətdir.
 
Üst