Facebookda Göndərilən Mesajları Göndərdiyiniz Adamın Telefefonundan (Hesabından) Silmək olacaq

Celal

Mircəlal
Rəhbərliki
Master

"Facebook" sosial şəbəkəsi fevralın 5-dən"Messenger"də göndərilən mesajların 10 dəqiqə ərzində silinməsi funksiyasını işə salıb.
Bu barədə "Facebook Messenger"in məlumatında bildirilir.
"Bu gündən etibarən "Messenger"də bir nəfərə və ya qrupa göndərdiyiniz mesajları asanlıqla silə biləcəyiniz funksiyanı işə salırıq", - deyə məlumatda qeyd olunub.
Bunun üçün ekranda mesajın üzərinə basmaq və "hamı üçün silmək", yaxud "özün üçün silmək" variantlarından birini seçmək lazımdır. Eyni zamanda birinci halda bütün qrup iştirakçılarına mesajın silinməsi barədə məlumat gələcək. Mesajları göndərdikdən sonra yalnız 10 dəqiqə ərzində silmək mümkün olacaq.
Yeni funksiya "iOS" və "Android" əməliyyat sistemlərinin son versiyalarından istifadə edənlər üçün yararlı olacaq.
 
Üst