Əgər kompüterim yüklənmirsə nə edim?

page03

İstifadəçi
Üzv
Yəqin ki,bu sualla hər bir kompüter istifadəçisi qarşılaşıb.Hələ çoxları qəzəbindən kompüterinidə sındırıb. Nə isə. Amma bir şeyi dərk etmək lazımdır ki, kompüter bizi həmişə gözəl və fasiləsiz işlə sevindirmir. Bir gün bizim əzizlədiyimiz kompüterimiz yüklənmədən imtina edir. Odur ki, qanunauyğun olaraq qarşıya sual çıxır. Niyə axı kompüterim bu vəziyyətə düşdü? Bunun səbəbi nə idi? Dünən əla işləyirdi, bu gün isə kompüterim açılmır? Tanış vəziyyətdir,elə deyilmi? Təəssüflər olsun ki, kompüterin yüklənməməsinə aid səbəblər o qədər çoxdur ki,onların siyahısını dəqiq müəyyən etmək çətindir.Konkret olaraq kompüterin yüklənməməsi vəziyyətindən asılı olaraq səbəbi tapmaq lazımdır.
Əgər kompüteriniz yüklənmirsə və səsli xəbərdarlıq verirsə, onda mən ilk növbədə kompüteri söndürməyi məsləhət görürəm. Sonra sistem blokunun qapağını açıb diqqətlə kompüterin daxilində bütün qurğuları yoxlamağı tövsiyyə edirəm (bu sahədə əməli vərdişiniz varsa...bunu edin). Ola bilər ki, hansı bir qurğu slota (oyuğa) pis bərkidilmişdir. Bu hal ilə dəfələrlə rastlaşmışam. Buna görə ilk növbədə qurğuların bərkidilməsinin etibarlılığını yoxlayın və əgər hər şey öz qaydasındadırsa, onda məhz o qurğuya diqqət yetirin ki, sizə ekranda səs siqnalını və ya xəbəri (mesajı) göstərib. Bütün bunlardan belə qənaətə gəlmək olur ki, "şübhəli" qurğunun işləmək qabiliyyətinin yoxlaması üçün onu analoji qurğu ilə əvəz etmək lazımdır.Sonra əgər bu qurğunun zəmanəti varsa,onda onu ya təmir etdirirsiniz,yada ki,yenisini əldə edirsiniz.
 
Üst