Heç balaca qılınc balığı görübsüz?

Celal

Mircəlal
Rəhbərliki
Master
109144353_3233009283424302_651377327697305652_n.jpg

Juan C. Levesque tərəfindən çəkilmiş bu şəklə baxın.
Qılınc balıqlar 3 yaşında cinsi yetkinliyə çatır. Kürülər hissə-hissə yetişir. Yetişmiş kürü mayalandıqdan sonra suda asılı halda üzür. Kürüdən yenicə çıxmış sürfənin uzunluğu 6-7mm olur. Bir neçə həftə ərzində sürfələr böyüyüb 15 mm uzunluğa çata bilir (şəkildə gördüyünüz).
Ölçüsü millimetrlə ölçülən bu qılınc balığı sizcə böyüyəndə nə ölçüdə ola bilər? Bir qarış? Yarım metr? Yoxsa bir metr? Tam da 3 metr.
Qılınc balıqlarının orta boy ölçüsü 3 metrdir. Bəzən isə 4-4,5 metrə də çata bilirlər. Ağırlıqları isə bəzən 500 kq-dan çox ola bilir.
Okeanın ən sürətli balıqlarından biridir. Saatda 100 km sürətlə üzə bilirlər.
Təəssüflər olsun ki qılınc balıqları kütləvi şəkildə ovlandıqları üçün nəsilləri tükənmə təhlükəsi ilə üz-üzədir.
 
Üst