Komputerdə PUBG Oynamaq - Pubg Mobile komputerə (PC) necə yüklənir və qurulur..

Celal

Mircəlal
Rəhbərliki
Master
PUBG_mobile_main-1-1280x720 (1).jpg

PlayerUnknown's Battlegrounds və ya PUBG — Cənubi Koreyalı video oyun şirkəti “Bluehole”şirkətinin bir hissəsi olan PUBG Corporation tərəfindən hazırlanmış və nəşr olunmuş onlayn multiplayer döyüş royale oyunudur. 23 mart 2017-ci ilde nəşr olunmuşdur.Oyun “Ölüm oyunu”filmindən ilhamlanaraq yaradılmışdır.



PUBG Necə Oynanır?


PUBG (Playerunknowns Battlegrounds), 100 oyunçunun tək bir xəritə üzərində bir-birini məhv etməyə çalışdığı;

Fərdi, iki adam və ya qrup halında oynanan,çox oyunçu bir multiplayer oyunudur.

PUBG-də sadə başlanğıc seçimlərinizi etdikdən sonra 100 nəfərin daxil olduğu bir xəritə üzərində özünüzün təyyin etdiyiniz yerə eniş etməyiniz lazımdır. PUBG oyunçularının eniş etdiyi 8 x 8 kilometr uzunluğundakı bu xəritədə məqsədiniz, mümkün qədər həyatda qalmağınıza kömək ola biləcək qaynaqları toplamaq və digər oyunçuları ovlamaqdır (öldürmək). Oyunun xəritəsi üzərində müxtəlif lokasyon-larında silahlar, güllələr və maşınlar var. Bu qənimətləri toplayaraq düşmənlərdən gələcək hücumlara qarşı özünüzü hazırlamalı və oyunda ölməmək üçün əlinizdən gələnin ən yaxşısını etməlisiniz.


PUBG Mobile-i komputer (PC) də necə oynamaq olar?

Bunun üçün ilk növbədə gameloop tərəfindən yazılmış sürücüyü komputerinizə yükləməlisiniz daha sonra onun içinə girib orada market hissədən Pubg Mobile-ı yükləyə bilərsiniz. İndi sizə verəcəyim linkdən bunları ardıcıllığı ilə edirsiniz.

Link: Download PUBG Mobile for free on PC - Gameloop (Formly Tencent Gaming Buddy)

Bu programı yükləyin daha sonra bu program əsas programı yükləyəcək. Və onun içindən Pubg Mobile yükləyə biləcksiniz. Bu program Pubg Mobile rəsmi programıdır. Yəni donma və hər hansısa başqa problem ilə qarşılaşma ehtimalınız çox azdır.

Birdə bunu əlavə edim ki bu programda açdığınız zaman oyunu siz ancaq bu program ilə oyun oynayanların serverinə düşəcəksiniz. Yəni mobil telefon ilə oynayanlarla eyni serverde oynaya bilməzsiniz. Bunun səbəbi hərkəz eyni səviyyədə oynaya bilməsi üçün bunu ediblər.
 
Son düzəliş:
Üst