Komputerdə Pulsuz PUBG Oynamaq - PUBG Lite

Celal

Mircəlal
Rəhbərliki
Master

Battle Royale tipli oyunların ən məşhuru olan PUBG-ni bildiyimiz kimi oyun oynana bilən bütün cihazlardan oynamaq mümkündür. Komputerdə pulsuz PUBG oynamaq istəyənlərin fərqli emulatorlarla oyunu komputerdə oynaması üzərinə Tencent Games rəsmi emulatoru ilə PUBG Mobile-ı kompüterlərdə rahat onyana biləcək hala salmışdı. Bundan əlavə, PUBG Lite adlı daha zəif sistemlər üçün oyunun pulsuz versiyası Taylandda yayımlandı.

Azərbaycanda necə PUBG Lite oynamaq olar?
PUBG Lite hazırda yalnız Taylandda mövcuddur, ancaq aşağıda yazacağım yolla oyunu Azərbaycanda da oynaya bilərsiniz.
  • Bu linkdən SoftEther VPN proqramını yükləyin.
  • VPN ayarlarından Tayland'a qoşulun.
  • Ardından bu sayta girin əvvəl sağ üstdəki sarı yerdən qeydiyyatdan keçin və yenidən sayta qayıdıb qırmızı butondan oyunu yükləyin.
  • Yüklənmədən sonra sizdən bayaq qeydiyyat olduğunuz məlumatlar istənəcək. Mail parolu yazın və oyuna girin.


PUBG Lite Minimum Sistem
  • Əməliyyat sistemi: Windows 7,8,10, 64bit
  • Prosessor: Core i3 2.4GHz
  • RAM: 4Gb
  • Ekran kartı: Intel HD Graphics 4000
  • Harddisk: 4GB
PUBG Lite Tövsiyə olunan Sistem
  • Əməliyyat sistemi: Windows 7,8,10, 64bit
  • Prosessor: Core i5 2.8GHz
  • RAM: 8 GB
  • Ekran kartı: Nvidia GeForce GTX 660 / AMD Radeon HD 7870
  • Harddisk: 4GB
 
Üst