Maraqlı Milyonçular haqqında maraqlı faktlar

Celal

Mircəlal
Rəhbərliki
Master
57d48e81bc2cb626a4e0384c_0.jpeg
Milyonçular hər zaman cəmiyyətin maraq dairəsindədirlər. Davranışları, hər hansı açıqlamaları daim gündəm olur. Onlar haqqında bir çox faktlar isə daha böyük maraqla qarşılanır. O faktlardan bəzilərini sizin üçün hazırladıq.
1. Joanne Rowling
Harry Potter kitabının müəllifi Joanne Rowling bir müddət Böyük Britaniya kraliçasından da varlı olub. Yeri gəlmişkən bu qadın yazıçı kimi ilk varlanan şəxsdir. Lakin o milyarder «statusunu» xərcləyib. Pulunun yarısını xeyriyyə məqsədilə bağışlayıb.


2. Chuck Feeney

Keçmiş milyarder Chuck Feeney (Duty Free-nin yaradıcısı) sərvətinin 99 faizini – 6,3 milyard dolları uşaqların təhsilinə xərcləyib. Onu daim ütülənməmiş köynəkdə, qoluna 15 dollarlıq elektron saat taxmış halda görmək olar. Tarixi vətəni olan İrlandiyada onu bəlkə də Amerikalı turist hesab edərlər. Restoranlar yerinə bu şəxs qəlyanaltılara gedir və ictimai nəqliyyatdan istifadə edir.


3. John Paul Getty

Milyarder Paul Getty İtaliya mafiyası tərəfindən qaçırılan 16 yaşlı nəvəsi üçün tələb olunan 17 milyon dolları ödəməkdən imtina edib. 3 ay sonra nəvəsinin kəsilmiş qulağını poçt zərfində alan milyarder 3 milyon dollar ödəməyə razı olur. Lakin yenə də puluna qıymayıb oğrulara 2,2 milyon dollar verir. Bundan başqa, oğluna illik 4 faizlə 800 min dollar borc verib.

4. Donald Trump


Siyahıda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump da yer alır. D.Trump jurnalistə qarşı 5 milyon dollar həcmində iddia qaldırıb. Buna səbəb isə jurnalistin onu milyarder deyil, milyoner adlandırması olub.

5. David Cheriton

David Cheritonun zahiri görünüşü digər professorların görünüşündən fərqlənmir. Bu 63 yaşlı kanadalı milyarder Stenford univeritetində 1981-ci ildn dərs deməklə böyük miqdarda var-dövlət qazanıb. Bu qədər var dövlətə o çox maraqlı bir üsulla sahib olub: professor ömrü boyu tələbələrin ideyaları və biznes-planlarına investisiya qoymaqla məşğul olub, onlara yüksəlməkdə kömək edib və sonra bu layihələrdəki öz səhm payını yüksək məbləğlərə satıb. Onun bir çox investisiyaları uğurlu olub, amma içlərində biri lap uğurlu oldu: o Larri Peyc və Sergey Brinə, Google'u yaradanda $ 100 000 investisiya yatırıb ki, bu da professora sonradan $ 1 mlrd. gəlir gətirib.

6. Pablo Eskobar
Kolumbiya narkobaronlarından olan Pablo Eskobar «karyera»sının pik dövründə pullarını bağlamaq üçün hər ay rezin iplərə 2500 dollar xərcləyirmiş. Bu milyarderin pulu hər il 10 faiz azalırdı. Çünki siçovullar pulları yeyirdi.
Pablo Escobarın yeganə oğlu Xuan Pablo Escobarın 2009-cu ildə verdiyi bir müsahibədə dedikləri böyük marağa səbəb oldu. Xuan Pablonun dediklərinə görə, Pablo Escobar bir qış günü qaçarkən ailəsini soyuqdan qorumaq üçün 2 milyon dolları yandırmışdı.
Qeyd edək ki, Pablo Escobar, 200 hakim, 1000 polis, jurnalist və hökumət rəsmisinin də daxil olduğu ümumi 4000 nəfərin ölümündə günahlandırılırdı.

7. Henry Nicholas

Telekommunikasıya sahəsi üzrə milyarder Henry Nicholas evinin altında gizli seks məkanı düzəltmişdi. Bundan başqa, milyarder təyyarədə o qədər marixuana çəkirmiş ki, pilot ayıq qalmaq üçün əleyhqaz taxırmış.
8. Şeyx Həmid bin Xəlifə Əl Tani

Milyarder şeyx Həmid bin Xəlifə Əl Tani Ərəbistan səhrasındakı qeydiyyatını ləğv etdirərək kosmosda qeydiyyata düşüb.
 
Üst