Moskvadan Bakıya Çatdırılma - Rusiyadan Azərbaycana online sifarişlərin daşınması

Saytda reklamları görməmək üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçənlər heç bir reklam görməyəcək.

Celal

Mircəlal
Rəhbərliki
Master
mensajero-mujer-entrega-caja-paquete-carton-destinatario-nina-afroamericana-concepto-servicio-...jpg

Hər zaman olduğu kimi xarici Azərbaycana çatdırılma problemləri indi də var. Yaxın qonşumuz olan Rusiyanın bir çox alış-veriş saytları var və bunlardan istifadə edə bilmək bizim üçün xoş olar. Bu günə qədər Camex şirkəti Rusiyadan olan bağlamaları normal şəkildə çatıdırırdı. Bu yaxınlarda rusiyadan (dechatlon-dan) bir neçə sifariş vermək istəyəndə Camexin Rusiyadakı anbarını bağladığını gördüm. Rusiyadan çatdırılma edən yeni bir karqo şirkəti axtarışına başladım.
Bu araştırma nəticəsində mover.az-ın may ayındna etibarən moskvada anbar açdığını və ordan Azərbaycana bağlamaları daşıdığını öyrəndim.

May ayınından etibarən Rusiya Federasiyasında yeni Mover anbarı fəaliyyətə başlayıb. Hazırda siz Rusiyanın onlayn alış-veriş platformalarından sifarişlərini Mover`in bu ölkədəki anbarına göndərə və Azərbaycana çatdırılmasını istəyə bilərsiniz.

Moskva şəhərində yerləşən Mover`in Rusiya anbarından yüklər həftədə 1 (bir) dəfə Azərbaycana göndəriləcək.

Rusiyadan sifarişlərin Azərbaycana gətirilməsinin çatdırılma qiyməti 1 kq*7,5$ olaraq göstərilib.
 
Üst