Netflix nədir? Necə istifadə olunur? Nədir nə deyildir

MLeyla

İstifadəçi
Üzv
aktiv forumçu
IMG-20200423-WA0019.jpg
Mən çooooox səbrsiz adamam. O qədər səbrsiz ki, hərdən fikirləşirəm kaş həyatımı bir neçə dəqiqəyə yaşayım, görüm sonda nə olacaq… Ona görə də serial, kinoya baxmaq çox böyük challenge olur mənim üçün. Əgər bir kinoya sona qədər baxmışamsa deməli həqiqətən çox xoşuma gəlib. Animation rəngli olur deyə ona az çox baxa bilirəm.

Belə qərara gəldim ki, bəzən baxdığım filmlər haqqda fikirlərimi də sizlərlə paylaşım. Son vaxtlar çox yazı paylaşa bilmirəm. Ümid edirəm darıxmısız :p

Sizə Netflix kimi cool bir şey haqqda məlumat vermək istərdim. Netflix nədir? Maraqlı TV verilişlərə, filmlərə, seriallara baxa biləcəyiniz bir yerdir. Mən ingiliscə istifadə edirəm və çox da bəyənirəm. Listening rolunu da oynayır mənim üçün.

İlk ay pulsuz da baxa bilirsiniz burada. Bəyənirsizsə abunə olursuz və çox təəssüf ki, ödənişlidir. Basic- 8 US dollardır. Eyni anda sadəcə 1 adam baxa bilər bu paketdə. İkincisi Standard paketdir. 2 nəfər eyni anda baxa bilir və aylıq ödəniş 11 US dollarıdır. Bir də əlbəttə premium var. 4 nəfər eyni anda baxa bilir bu paketdə.

Hər adamın öz profili olur və istifadəsi çox rahatdır. Yolda izləmək istədiyinizi əvvəlcədən yükləsəniz, internetsiz də izləmək olur.

İndi isə gəlin sizə yaxşı seriallar tövsiyyə edim:) Diqqət! Zövqlər müxtəlifdir və hal hazırda tövsiyyə etdiklərim öz bəyəndiklərimdi. Ona görə də bəyənməməyiniz normaldır.:) Ancaq əmin ola bilərsiniz ki, hər zövqə uyğun proqram, serial və ya film tapa bilərsiniz burda.

Çox vaxtım olmur sözün düzü, amma bu aralar ən sevdiyim Anne with an E izləyirəm.

Bu serialı çox sevirəm. Dünyada heç kimi olmayan yetim qız və onun yaşadıqları haqqdadır. Bu qızın bəxti gözəllikdə də gətirməyib. Hamının qəbul etdiyi kimi sarışın deyil. Onun qırmızı saçları var, özü də çillidir.

Xəyal etməyi çox sevir! Nə? Xəyal etmək? Axı bu çox insanın bilmədiyi bir şeydir. Bu çılğın, hamıdan fərqli qız özünü cəmiyyətə qəbul etdirməyə çalışır. Sevərək izləyirəm və bitirdikdən sonra bu haqqda uzun və bir az daha ətraflı yazacağam.

The story of God isə sənədli filmdir. Morgan Freeman olan film izlənməz mi? Hələ çox başlıqlardayam, amma hiss edirəm ki, maraqlı olacaq.

Bir ara 13 reasons why izləyirdim. O da maraqlı idi. 1ci mövsümü daha nəfəs kəsici idi.

The crown da izlədiklərim arasındadır. Ancaq fikir söyləmək üçün bir neçə seriyasına da baxmalıyam. Çox qəşəh ingiliscə danışırlar amma :)

Baby boss haqqında bir az danışmışdım. İndi də arada bir epizodlarına baxıram. Çox əyləncəlidir, ancaq The Simpsons ən sevdiyim olaraq qalmağa davam edir!

Bu dediklərimin hamısı bir birindən fərqli janrlardır. Bu da ingiliscəni daha rəngarəng etməyinə kömək edir. Ancaq mən həmişə sevdiyim şeyləri edərək öyrənməyi sevirəm. Bu yazdıqlarımı izləmə səbəbim də bəyənməyimdi. Siz də ilk öncə hesab yaradıb, sevdiklərinizi seçə bilərsiniz. Bu yazdıqlarım isə sadəcə bir təklifdir.

İndi isə görək başqa nə məsləhətli filmlər var? Bir az araşdırma edib top 5 təklifi də qeyd edirəm:
İnsan xarakterinin , instiktlərinin görünməyən tərəflərini bu serialda görə bilərsiniz. Düşündürücü və ağıl qarışdırıcıdır.

IMDB xalı- 8.9
Oğrular bir araya gəlir və İspaniya tarixində görünməmiş oğurluğu edirlər.

IMDB xalı- 8.6
John River çox ağıllı polis inspektordur. Qurbanların ailəsi və ya sevdikləri tərəfindən məsələni həll etməsi üçün tutulur.

IMDB xalı- 8.1
21ci əsrin insanları keçmişi, insanların həyatını- bəşəriyyəti dəyişmək üçün səyahət edir.

IMDB xalı- 8
Margaret Artvood-un romanına əsasən çəkilib. 19cu əsr Kanada tarixi ıks edilib.

IMDB xalı- 7.9

Ümid edirəm sevəcəksiniz! Payızdır. Qalın geyinin və Netflix izləyin! :)
 
Moderator tərəfindən redaktə edildi:
Üst