"Ölülər - Cəlil Məmmədquluzadə" PDF yüklə

Celal

Mircəlal
Rəhbərliki
Master
028d943e0ef6247a0dd5f2787d7f828f.jpg

Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı dörd məclis və beş pərdədən ibarət komediya.

Cəlil Məmmədquluzadə XX əsr Azərbaycan ədəbiyyatının ən böyük sənətkarlarından biridir. O, ədəbiyyatımızda tənqidi realist üslubun və mollanəsrəddinçilik hərəkətının başçısı kimi məşhurdur. Azərbaycanda və bütün şərqdə Molla Nəsrəddin adıyla tanınan, bənzərsiz nasir, qüdrətli drammaturq, vətəndaş-publisist, ilk uşaq drammaturgiyasının banısı, azərbaycançılıq ideologiyasının yaradıcılarından biri, Azərbaycan ədəbiyyatında yeni ədəbi məktəbin- Mollə Nəsrəddin məktəbinin, tənqidi realizmin banisi, xalqın dərdini çəkən, hər cür; ictimai, mənəvi əsarətə, geriliyə, cəhalətə qarşı mübarizə aparan, xalqın oyanışı üçün çalışan əsas maariçilərdəndir.

Camaatın cahilliyindən istifadə edərək və dini əlində bəhanə tutaraq məzlumların başına müsibətlər gətirən fırıldaqçı Şeyx Nəsrullah, onun köməkçisi Şeyx Əhməd cəmiyyətin bütün rəzilliklərini görən və onların səbəblərini anlayan kefli İsgəndər, “ölü dirilərmi?” şübhəsində çaş-baş qalmış Hacı Həsən ağa Ölülər pyesinin bədii personajlardır. Məmmədquluzadə əsərdə camaatın cahilliyini, avamlığını, elmsizliyini və mərifətsziliyini tənqid edir. Pyesde Kefli İsgəndər fırıldaqçı Şeyx Nəsrullaha qarşı qoyulur. Kefli İsgəndər Şeyx Nəsrullahın ” ölü diriltmə” yalanına inanmır,onu ifşa edir.Ancaq camaat həmişə içki içən,həmişə doğruları söyləyən İsgəndərə inanmayaraq ona dəli adı verir.Cəlil Məmmədquluzadə Şeyx Nəsrullah obrazı vasitəsilə İslam dinindən öz çirkin məqsədləri üçün istifadə edən fırıldaqçı insanları tənqid etmiş, Kefli İsgəndər obrazı ilə camaatı cahillikdən oyatmaq üçün şüarlarını oxuyucuya çatdırmışdır. Komediyanın əsasında tənqid və gülüş, dayanır. Bunlar da növlərinə və mahiyyətinə görə müxtəlifdir. Gülünc, mənasız, yaxud islah edilə bilən vəziyyətlərin və xarakterlərin estetik qiymətləndirilməsi yumorun və ya yüngül kinayənin əsasını təşkil edir. Satiranın qarşısında isə daha kəskin, daha sərt vəzifə durur. O, acı kinayə, sarkazm vasitəsilə təkcə gülünclüyü deyil, həm də təhlükəli olan ictimai naqisliyi, bəlaları ifşa edir.

Kitabı yükləmək üçün saytda qeydiyyatdan keçmək lazımdır.
 

Əlavədəki fayllar

Üst