Pubg Mobile 14-cü mövsüm detalları!

Celal

Mircəlal
Rəhbərliki
Master
PUBG-Mobile-HD-Wallpaper-Season-12-3-576x1024-1-e1594062898503-576x375.jpg
“Player Unknown's Battle Grounds'' və ya '''PUBG''' — (Cənubi Koreya) video oyun şirkəti (Bluehole) şirkətinin bir hissəsi olan (PUBG Corporation) tərəfindən hazırlanmış və nəşr olunmuş onlayn multiplayer döyüş oyunudur.

Ölüm oyunu (film, 2000) filmindən ilhamlanaraq bu oyun yaradılmışdır. Oyunda 100 oyunçu bir adaya paraşütlə atlayaraq müxtəlif silah və vasitələrlə digər oyunçuları öldürüb həyatda qalan son oyunçu olmağa çalışırlar. Oyun xəritəsinin mövcud təhlükəsiz sahəsi vaxt keçdikcə azalır, qalan oyunçuları qarşılaşmalara zorlamaq üçün sıx sahələrə yönəldir. Sonuncu oyunçu və ya komanda turnirdə qalib gəlir.

Pubg-nin mobil versiyası çıxdıqdan aylar sonra yüklənmə rekordları qırdı. O gündən bu yana şirkət oyunda müxtəlif cür yeniləmələr etməkdə davam edir. Ümumilikdə 13 mövsümdən ibarət olan Pubg Mobile, artıq 13-cü mövsümü də geridə qoymaq üzrədir.

Pubg Mobile-ın mövcud sezonu bir neçə gündən sonra sona çatacaq. Tarixlər 12 iyulu göstərəndə Pubg Mobile 13-cü mövsümünün yerini, yeni mövsüm olan Pubg Mobile 14-cü mövsümlə dəyişəcək. Yeni sezona müəyyən müddət qalmasına baxmayaraq, oyun haqqında yeni detallar üzə çıxdı. Proqnozlar və sızıntıları birləşdirəndə ortaya ən azından bir eskiz çıxır.

Pubg Mobile 14-cü mövsüm detalları:
PUBG Mobile 14-cü mövsüm ilə əlaqəli ən dəqiq şeylərdən biri, iyun ayının son günlərində ortaya çıxan bir oyun videosudur. Bu, Mr.GHOST GAMING-ın YouTube kanalında paylaşdığı 14-cü mövsüm haqqında vacib məlumatları ehtiva edir. Bu video ilə fərqli bir oyun xəritəsi ilə qarşılaşacağımızı, yeni geyimlər və personajlarla görüşəcəyimizi asanlıqla görmək mümkündür.

Ancaq PUBG tərəfindən yeni mövsüm üçün rəsmi paylaşım olmadığını da xatırlatmaq lazımdır. Buna baxmayaraq, yeni sızan videoda yeni nəqliyyat vasitələri, silah və simvol görürük. Oyuna əlavə ediləcəyi deyilən Livik xəritəsində də sızan detallar var.

Müxtəlif cildlər və silahları özündə cəmləşdirəcək yeni mövsümdə, M416 hücum silahı üçün yeni bir dizayn və Dacia, Diamond Tier temalı M24 kəskin nişançı tüfəngi və UAZ maşın cildləri yer alacaq.

Oyunun rəsmi Twitter hesabında Livik xəritəsi ilə bağlı bir paylaşım edildi, paylaşımda 7 İyul 2020 tarixinə işarə edilir. 0.19.0 yenilənməsi ilə birlikdə istifadəçilərin qarşısına çıxacaq yeni xəritə, yəni Livik həyəcanla gözlənilir.
 
Üst