Səyahət etmənin hansı faydaları var?

Celal

Mircəlal
Rəhbərliki
Master
kiş-tatili-bilet-1068x469.jpg
“ÇOX GƏZƏN, ÇOX BİLƏR” – MİSALI

Fransız yazar Emile Zola deyib ki, zəkanı səyahət etmək qədər heç nə inkişaf etdirə bilməz.

Tez-tez səyahət edən biri kimi deyim ki, haqlıdır. Adicə məktəbdə keçdiyimiz coğrafiya dərsini götürək. Biri var, kitabdan oxumaq, biri də var, gedib görmək. Fərqli şeylərdir. Səyahət mənə coğrafiyanı daha yaxşı öyrətdi və sevdirdi, nəinki dərsliklər və xəritə 😊

Emile Zola kimi bir çox məşhur yazar, sənətçi, musiqiçilər də zaman-zaman səyahətin insana bir çox baxımdan faydalı olmasını dilə gətirib.

SƏYAHƏT YENİ MƏDƏNİYYƏTLƏR, LƏZZƏTLƏR, İNANCLAR, HOBBİLƏR DEMƏKDİR

Mən də deyirəm ki, fürsət tapdığınız hər anı gəzərək, kəşf edərək, dünyagörüşünüzü genişləndirərək qiymətləndirin. Səyahətin insana həm fiziki, həm də ruhi baxımdan bir çox müsbət təsirləri var.

Bundan əlavə, səyahət etmək yeni mədəniyyətlər, ləzzətlər, inanclar, hobbilər, məlumatlar deməkdir. Səyahət həm də sağlamlığımızı və ruhumuzu yeniləyə biləcək ən əyləncəli yollardan biridir.

BƏS SƏYAHƏT ETMƏNİN BAŞQA NƏ KİMİ FAYDALARI VAR?

“Bir az uzaqlaşmaq yaxşı gələcək”, – fikrinin doğruluğu araşdırmalarla sübut edilib. Sevgilisindən ayrılan, ən yaxın yoldaşından zərbə yeyən, həmişə eyni yerdə yaşamaqdan bezən, yaxud əksinə, sevgilisi ilə unudulmaz günlər yaşamaq, ailəsi ilə özəl günlərini, bal aylarını qeyd etmək, dostları ilə əylənmək istəyən bir çox insanın ilk ağlına gələn şey – olduğu yerdən uzaqlaşmaq, fərqli mühitə getməkdir. Araşdırmalara görə, ildə bir neçə dəfə səyahət edən insanlar, səyahət etməyənlərə nisbətən depressiya və stress kimi neqativ psixoloji vəziyyətlərə çox az düşürlər.

SƏYAHƏT YENİLİKLƏRƏ VƏ FƏRQLİLİKLƏRƏ AÇIQ OLMANI TƏMİN EDİR

Üstəlik, səyahət etmənin faydalarını qısa müddətdə hiss etmək olur. Tətilin ilk günlərində stresin yüzdə 90 nisbətində azaldığı müşahidə olunur. Səfərin təşkili, xüsusilə, tək səyahət edənlərin özlərinə bir yol xəritəsi çəkməsi, götürəcəkləri əşyaları təyin etməsi, qısa müddətdə qərar qəbul etmələr – insanın ruhunu inkişaf etdirir, özgüvənini artırır. Bu şeylər adamın xəyal gücü və yaradıcılığına da müsbət təsir edir. Səyahət insanın yeniliklərə və fərqliliklərə açıq olmasını təmin edir.

YENİ İNSANLARLA TANIŞLIQ VƏ DÜNYAYA FƏRQLİ BAXIŞ

Bundan əlavə, səyahətdə yeni insanlarla tanış olub, tam fərqli dünyaların qapılarını açırsınız. İnsanlarla söhbət edərək bir-birindən fərqli mədəniyyətlərdən xəbərdar olursunuz. Bunun sayəsində həm empatiya qurma imkanlarınız genişlənir, həm də insanları mühakimə etmək, həmçinin özünüzdən fərqli görünəni qınamaq kimi mənfi xüsusiyyətlərdən uzaqlaşırsınız.

DANIŞMAĞA BİR ÇOX HEKAYƏMİZ OLUR

Yeni ildə Eyfel Qülləsinin rəngarəng görüntüsü, Radioheadın İngiltərədə izlədiyin möhtəşəm konserti, Avstraliyada çəkdiyin əyləncəli kenquru videosu… və ətrafında sizi maraqla dinləyən dostlarınız… Kim bilir, bəlkə siz də ətrafınızdakı insanların səyahətə çıxmasını təmin etmək üçün bir ilham qaynağı olacaqsınız.

SƏYAHƏT HƏYATA POZİTİV BAXIB, HƏMİŞƏ XOŞBƏXT GÖRÜNMƏNİZİ TƏMİN EDİR

Bəli, bunun üçün araşdırma etməyə ehtiyac yoxdur. Onsuz da bütün araşdırmaların nəticələri eynilə belə deyir. Tez-tez səyahət edən insanlar daha çox gülümsəyir, hadisələrə həmişə müsbət istiqamətlərdən yanaşırlar. Mükəmməl mənzərələr görüb, gözəl ləzzətlər dadan, davamlı fərqli insanlarla tanış olan insanlar necə özünü xoşbəxt saymaya bilər ki? Dönüb geriyə baxdığınızda edə bilmədikləriniz üçün peşmanlıq duymaq istəmirsinizsə, tez-tez səyahət edin.

Bu arada, səyahət etmənin yaşı olmur, elə indi başlayın 😊
 
Üst