Türkiyədən sifariş etmək etibarlı üçün alış-veriş saytları.

Celal

Mircəlal
Rəhbərliki
Master
guvenli_internet_alisverisi_nasil_yapilir_1560522571_7369.jpg
  1. Trendyol.com
    Türkiyədən sifariş verilən geyimlərin təxminən 40%-i bu saytın payına düşür. Bu saytda az qala bütün geyim markalarını tapmaq olar. Bu saytda kişi, qadın, uşaq geyimlərini, ayaqqabı, çanta, saat, aksesuar, kosmetika, ev əşyaları və elektronika məhsullarını geniş çeşiddə tapa bilərsiniz. Trendyol saytında təkcə qadınlara aid geyimlərin sayı 500mindən çoxdur.
  2. Zara (zara.com)
    Zara geyim və aksesuar mağazasıdır. Dünyanın ən böyük 3 hazır geyim şirkətlərindən biridir. Dünya üzrə 88 ölkədə 2000-dən çox "Zara" mağazası vardır. Bu saytda qadın, kişi, uşaq geyimləri və aksesuarlarını rahatlıqla tapa bilərsiniz.
  3. US Polo (tr.uspoloassn.com)
    Qadın, kişi, uşaq fərq etmədən hər yaşa xitab edən U.S. Polo Assn həm gənclərin, həm də ailələrin moda və geyim mövzusunda ən favori markalarındandır. Bu saytda qadın, kişi və uşaq üçün geniş çeşiddə geyim məhsulları tapa bilərsiniz.
  4. Morhipo.com
    Türkiyənin sifariş üçün qabaqcıl saytlarından biridir. Bu saytda Türkiyənin ən çox tanınan və sifariş edilən mağazalarını tapa bilərsiniz. İstədiyiniz növdə qadın, kişi, uşaq üçün həm geyim, həm də aksesuar modellərini rahatlıqla sifariş edə biləcəyiniz saytlardandır.
  5. Ipekyol.com.tr
    1986-cı ildə qurulması ilə Türkiyənin hazır geyim sektoruna qatılan İpekyol, 1989-cu ildə Nişantaşında Rumeli Caddesi'nde ilk mağazasını açmışdır. Uzun illərdir ki, geyim sahəsində bir çox uğurlu qadınların ilk seçimi olmağı bacarmış və bu günün ən nüfuzlu hazır geyim markaları sırasında yer almışdır. Ən çox sevilən qadın, geyim və aksesuar modellərini bu saytda tapa bilərsiniz.
  6. H&M (www2.hm.com/tr_tr)
    H&M Hennes & Mauritz AB İsveç beynəlxalq pərakəndə geyim şirkətidir. Hazır geyim sənayesində fəaliyyət göstərən şirkət kişi, qadın, gənclər və uşaqlar üçün geyim istehsal edir. 1947-ci ildə Erling Persson tərəfindən əsası qoyulmuşdur və bu gün qadınlar üçün ən populyar markalar arasında öz mövqeyini qoruyur.
  7. Mango (shop.mango.com/tr)
    MANGO mağazasının əsası 1984-cü ildə Barselonada Isak Andic ve Nahman Andic qardaşları tərəfindən qoyulmuşdur. Bu saytdan əsas ağırlığı qadın geyimləri olmaqla yanaşı, kişi geyimləri və moda aksesuarları da tapmaq mümkündür.
  8. Hepsiburada.com
    Hepsiburada.com 1998-ci ildən etibarən fəaliyyətdə olan, yalnız onlayn şəkildə xidmət göstərən alış-veriş saytıdır. 2011, 2012 və 2013-cü illərdə Türkiyənin ən sevilən markası, 2013-cü ildə isə "Yılın E-ticaret Sitesi" seçilmişdir. Müxtəlif markaların məhsullarını bu saytdan tapmaq mümkündür.
  9. N11.com
    n11.com, Türkiyədə fəaliyyət göstərən və İnternet vasitəsilə müəssisədən istehlakçıya satış xidməti təmin edən bir açıq bazar e-ticarət platformasıdır. Doğuş Planet tərəfindən 2013-cü ilin mart ayında qurulmuşdur. Daxilində geyim, aksesuar, oyuncaq və. s. məhsulların tapılması mümkündür.
  10. Avva.com.tr
    Kişi geyiminə yeni bir anlayış gətirən AVVA, moda dünyasında inamlı bir irəliləyiş edərək çox qısa müddətdə geyinməyi sevən kişilər üçün fərqli bir moda dili yaratdı. Avva markası, dünya modasını Türkiyəyə, Türk modasını da dünyaya tanıdan, xüsusi dizaynları və keyfiyyət anlayışı ilə Türk tekstil sektorunun ən əhəmiyyətli markalarından biri halına gəlmişdir.
  11. Kitapyurdu.com-Geyim və məişət əşyalarından əlavə kitab sevərlər üçün də Türkiyədən kitab sifarişləri mövcuddur. Bu sifarişlər isə daha çox Türkiyənin 200 onlayn kitab saytlarının içərisində ən məşhur olan, keyfiyyətinə və sərfəliliyinə görə seçilən Kitapyurdu.com kitab sifarişi saytıdır. Geyimdə olduğu kimi kitab sifarişində də Türkiyə sərfəliliyinə görə seçilir. Bu sayt 19 il əvvəl yaranmasına baxmayaraq gündən-günə artan üzvləri və sifarişləri sayəsində artıq Türkiyənin kitab satan brend saytlarındandır. Verilən açıqlamalara nəzərən türk dilindən əlavə bir çox dildə nəşr olunan kitabların sayı 100 mindən artıqdır. Hətta bu yaxınlarda amazon.com şirkəti ilə də əməkdaşlıq edəcəyini bildirən onlayn saytda istifadəçilərə kitablara maraq oyatmaq üçün mütəmadi olaraq endirimlər edilir. Bu endirimlər sayəsində Türkiyədə və dünyanın bir çox ölkələrində kitab sevərlərin sayı getdikcə artmaqdadır.
  12. Decathlon.com.tr - Decathlon, 1976-cı ildə Fransada qurulan beynəlxalq mağazalar şəbəkəsidir, burada bir çox fərqli markanın idman avadanlığı birləşdirilmişdir. Hazırda Türkiyənin ən böyük idman malları mağazasıdır.
 
Üst