Xalid Hüseyni - "Və dağlardan səda gəldi" PDF Yüklə

Celal

Mircəlal
Rəhbərliki
Master

Əsər Əfqanıstanda Şadbağ kəndində yaşayan kasıb bir ailənin Pəri və Abdullah adlı iki övladından bəhs edərək başlayır. Pəri üçün Abdullah qardaşdan çox daha artığı, Abdullah üçün isə Pəri hər şey deməkdir. Onlar ömür boyu ayrılmamağa, hər zaman bir-birlərinin yanında olmağa hələ çox kiçik yaşlarından söz verirlər. Onların anası, Pərini dünyaya gətirərkən ölmüş, ataları sonradan bir daha evlənmiş və başqa övladları da olmuşdur. Ata çox çalışır, ancaq yenə də ailəsini dolandırmağa gücü yetmir. Uşaqların ögey anası onları çox da istəmir. Onun Kabildə övladları olmayan, zəngin bir ailənin yanında işləyən Nəbi adlı qardaşı var. Nəbinin vasitəçilik etməsi ilə Pəri bu ailəyə övladıq verilir.
Pəri və Abdullah ayrılmaq məcburiyyətində qalırlar. Abdullah çox üzülür, ancaq 8 yaşında bir uşaq olduğundan əlindən gözləməkdən başqa heç nə gəlmir. Pəri isə yaşı daha az olduğundan çox daha şanslıdır: ona unutması üçün öz ailəsi ilə görüşmə qadağan edilir. Dayısı Nəbi artıq onun üçün sadəcə xidmətçidir.
Pərinin ögey anası və atasının arası yaxşı olmadığından anası bütün vaxtını onunla keçirir. Bir neçə il sonra ögey atası xəstləndikdən sonra anası onunla Parisə gedir. Onlar həyatlarının geri qalanını Parisdə keçirirlər. Beləliklə, Pərinin keçmişi ilə bağlı bütün bildikləri silinir.
Pərinin içində heç dolmayan bir boşluq var. Əvvəllər bu boşluğu atasının yoxluğu ilə əlaqələndirsə də, getdikcə bunun tamam başqa bir hiss olduğunuanlayır. Gənclik dövründə isə anası ilə aralarında olan soyuqluğu dərk etməyə çalışır. Anasının qarnındakı dikinə tikiş izini görür və anası ona izin doğum əməliyyatından qaldığına inandırır. Anasının ölümündən sonra isə doğum izinin dikinə olmasınən qeyri-mümkün olduğunu, hətta daha sonralar isə xəstəlik səbəbi ilə anasının əsla övladı ola bilməyəcəyini öyrənir və hər şeyi başa düşür. O, artıq ailə qurmuş gənc bir qadındır və bütün bunlara anlayış göstərən bir həyat yoldaşı vardır. Ögey övlad olduğuna əmin olduğunda Əfqanıstana gedib bütün gerçəkləri öyrənməyə qərar verir. Lakin hamilə olduğundan getmə planlarını təxirə salmalı olurlar. Övladları dünyaya gəlir, sonra 2 övladları daha olur. İş-güc, kariyera və sair deyə-deyə bu plan gündəlikdən çoxdan qalxmışdır.
Pəri artıq övladlarını böyütmüş, həyat yoldaşını itirmiş və yalnız yaşayan yaşlı bir qadındır. Bir gün ona bir zəng gəlir, xidmətçi olaraq bildiyi dayısı Nəbi ölmüş və ona bir məktub qoyub getmişdir. Pəri məktubu oxuduqdan sonra gerçək ailəsi ilə bağlı hər şeyi öyrənir, qardaşı Abdullahı tapmaq üçün qəsəbəyə getmək qərarı verir.
Bu illər ərzində Abdullah da Pərini çox axtarmış, hər gün onu tapa bilmə arzusu ilə yaşamışdır. O, da ailə həyatı qurmuş və adını Pəri qoyduğu qızı dünyaya gəlmişdir. Abdullah qızına Pəri haqqında o qədər danışmışdır ki, balaca qızla Pəri arasında həmişə sirr olaraq saxlayacağı xəyali bir bağ yaranmışdır.
Pəri hər şeyi öyrəndikdən sonra qardaşını axtarmağa başlayır, qardaşının qızını, çoxdan böyümüş olan Pərini tapır. Onunla bir müddət əlaqə saxlayır və bir gün Abdullahın yanına gəlir. Ancaq qardaşı onu tanımayacaq qədər xəstədir.
Abdullahın vəziyyəti getdikcə daha da ağırlaşdığından onu qocalar evinə yerləşdirirlər. Evi təmizləməyə və təmir etməyə başlayan Pəri, atasının əşyaları içərisindən bir qutu tapır, bir gün bacısına çatdırılacağını ümid edərək saxladığı bir qutu.

Təəssüratlarım: Müəllifin tərzini hələ "Çərpələng uçuran"ı oxuduğum vaxtdan sevirəm. Bu əsərlə bir daha sevdim. Oxumağa başladığımda bir nəfəsə bitirmək istədiyim, əlimdən yerə qoymaq istəmədiyim əsərlər siyahısına belə əlavə etdim. İnternetdə kitab haqqında şərhlərə baxanda gördüm ki, oxucuların çoxu əsərdə çox obraz olduğundan və qarışıq olduğundan gileylənir. Ancaq mən heç də belə düşünmürəm, əksinə müəllifin o qədər obrazın həyatını müxtəlif yerlərdə və zamanlarda kəsişdirməsinə heyran qaldım.
Əsərdə ən çox vurğulanan mövzulardan biri də köklərinin hardan gəldiyini bilməyin əhəmiyyətidir. Ancaq bunun yanında insanlar arasında kökdən gələn, qan bağından başqa səbəbsiz, öz-özünə yaranan əlaqələr də göstərilir. Dostluq, sevgi, fədakarlıq anlayışları ön plandadır.

Sevdiyim cümlələr:
"Cəsarət nədir xəbərin belə yoxdur sənin, cəsarət göstərmək üçün bir şey təhlükədə olmalıdır. Halbuki mən buraya itirəcək heç bir şeyim olmadan gəldim."
Bir başqasının ürəyini, ürəyindən keçənləri mühakimə edərkən insan bir miqdar da olsa təvazökarlıqdan və yardımsevərlikdən nəsibini almış olmalıdır.
 

Əlavədəki fayllar

Son düzəliş:

Abidova L

İstifadəçi
Üzv
Bu kitab ən sevdiklərimdən biridir.Məni dəfələrlə ağladan əsər...Çox təsirlidir.Uzun illər Abdullanın həyatının məqsədinə çevirılmış bacı axtarışı.Sonda bacısı Pəri onu tapsa da xatırlamamaq,tanımamaq və diqqətindən əsəbləşmək kimi bir hal.Çox üzücüdür😔
 
Üst