Xiaomi Mi9 flaqman smartfonunun prototipinin fotosu ortaya çıxdı

Celal

Mircəlal
Rəhbərliki
Master
Xiaomi Mi9 flaqman smartfonunun prototiplərindən birinin fotosu ortaya çıxıb. Bu barədə Slashleaks saytı xəbər verib. Ortaya çıxmış fotodan da görmək olar ki, smartfon xüsusi keysin daxilində yerləşir. Bununla belə smartfonun bəzi özəlliklərini görmək olar. Fotodakı smartfonun arxa panelində üçlü kamera və barmaq izi skanı texnologiyası yerləşir. Lakin dünənki məlumat sızıntısında ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasından söhbət gedirdi. Çox güman ki, bu, Mi9 smartfonunun bir-birindən fərqli modelləridir: Mi9 və Mi9 Explorer Edition.

Son məlumat sızıntılarına əsasən Xiaomi Mi9 smartfonu FHD+ keyfiyyətli 6.4 düym AMOLED ekran, Snapdragon 855 posessoru, 6/8/10 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP + 12 MP + 3D TOF üçlü arxa kamera və 3500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon MIUI 10 interfeysli Android Pieəməliyyat sistemi vasitəsilə çalışacaq. Gözləntilərə əsasən smartfon bu ayın sonunda keçiriləcək MWC 2019 sərgisində təqdim ediləcək. Onun standart versiyasının qiyməti isə 436$ təşkil edəcəyi güman edilir.
 
Üst