Yad (roman) - Albert Camus

Aysun İmanova

İstifadəçi
Üzv
mir-az-kitab-fonu.jpg
Adam öldürməklə günahlandırılıb, anasının ölümünə ağlamadığı üçün edam cəzasına məhkum edilən,
cəmiyyət tərəfindən yadlaşdırılmış bir “yad”-ın hekayəsi...

Yad – fransız yazıçı Albert Camus tərəfindən yazılmış fəlsəfi-roman janrlı əsərdir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adı verilmir. Yad olmasının səbəbi başqa yerdən gəlməsi deyil, cəmiyyətdən fərqli düşünməsi və hiss etməsidir. Onun üçün ətrafda baş verənlər, dost qazanmaq, həyat eşqi əhəmiyyət kəsb etməyən məsələlərdir. Əvvəl-axır öləcəyini bildiyi üçün ölümün, zamanın, məkanın və necə olduğunun da mənası yoxdur. Fiziki ehtiyaclarının xarakterindəki emosionallığa və intellektual fəaliyyətinə mane olmasından şikayətlənən, sevgini və evliliyi absurd qəbul edən bu insan Əlcəzairdə, təsadüf nəticəsində bir ərəbi öldürür.
Boş bir lövhə olan Meursault (baş qəhraman) bu hadisədən sonra, ilk dəfə məhkəmədə hər kəsin ona nifrət etdiyini düşənəndə ağlamaq istər. Cəmiyyətdə onun yeri yoxdur, Meursault üçün də cəmiyyətin yeri yoxdur. Cəmiyyətə, güzgüdəki əksinə və güzgüdəkinin daxilində olan üçün də yaddır.

Təkcə kədərləndiyi an, məhkəmə salonunda yaxınları tərəfindən ona qarşı səbəbi olmadan qisas hissinin yaranması idi.

Qeyd: 1967-ci ildə italiyan rejissor Luchino Visconti tərəfindən film olaraq səhnələndirilmişdir.
 

Əlavədəki fayllar

Moderator tərəfindən redaktə edildi:
Üst