Türkçetr
Mir.az » Kitaplar » Laetitia Colombani "Kazananlar" PDF

Laetitia Colombani "Kazananlar" PDF

Laetitia Colombani "Kazananlar" PDF
  • Değerlendirme: 7
  • Yorumlar: 0
Popülerlik 86% 86%


Dikkat Çekenler

"Çatlağı olanlara ne mutlu, çünkü ışık çatlaktan girer."

• Onlarla dilə tərcümə olunmuş "Saç örgüsü" (orj.: "La tresse") romanı ilə tanıdığımız fransız ssenarist, rejissor və yazıçı Laetitia Colombanidən öncəki qədər səs-səda yaradacaq yeni bir roman - "Kazananlar".

Əsər Colombani'nin artıq öyrəşdiyimiz stilində - iki fərqli qadının gözündən iki fərqli süjet olaraq yazılıb. Üstəlik bu iki hekayə arasında 100 illik dönəm fərqi də mövcuddur :

📌 Müasir dövr, Paris. Hüquqşünas Solone. Karyerasının zirvəsindəki qadın müştərisinin ölümü ilə sarsılır, depressiyaya düşür. Həkimlərin sözü ilə, "burn-out" vəziyyətindədir. Evdən çıxmadığı, heç kimlə əlaqə saxlamadığı günlərdə ailəsi, keçmiş sevgisi ilə bağlı inciklikləri üzə çıxır, ona daha da sarsır. Özünü toplamaq üçün tək çarə olaraq psixiatrının məsləhətinə əməl edir, könülsüzcə də olsa, könüllü dəstək qurumlarından birinə qoşulur.

📍"Saray". "Qadın sarayı". Bu dəbdəbəli ad əslində maddi, mənəvi sıxıntılar içindəki, aşağı təbəqə sayılan qadınların sığınma evini ifadə edir. Aristokrat ailədə böyümüş, milyon dollarlıq məhkəmə işlərinin aparıldığı hüquq mərkəzində çalışan Solonenin bu qadınlarla nə işi ola bilər axı ?!

📌 1925-ci il, Paris. Blanche Peyron. Hekayənin bu qisminə real tarix daxil olur. Tarixin ən görkəmli feministlərindən, qadın hərəkatı liderlərindən olan Blanche. Həyat yoldaşı ilə birgə bütün ömrünü evsizlərə, ehtiyacı olan insanlara, qadınlara, uşaqlara həsr edib. Hissə-hissə onun həyatından fraqmentlər oxuyarkən böyük Sarayın mümkünsüz görünən qurulma hekayəsinə də şahid olacağıq.

📍Colombani evsizlərdən, taleyin ümidinə qalmış körpələrdən, müharibələr, fəlakətlər və absurd xalq ənənələri ilə mübarizə aparmağa məcbur qadınlardan danışır. Sadəcə qlobal problemlərdən deyil, öz sözü ilə desək, cəmiyyətin axşam xəbərlərində görmək, haqqında düşünmək istəməyəcəyi "kiçik" , narahatedici məqamlardan da söz açır.

• Sadə, axıcı dilli roman həm müəyyən mövzularda fərqindəlik yaratmaq gücünə sahibdir, həm də kifayət qədər xoş, təsir gücü yüksək mütaliə təklif edir.

"Lisieux'lü Azize Teresa'nın sözlerini tekrar etti: Tanrı bana savaştan korkmamayı bahşetti."
Laetitia Colombani "Kazananlar" PDF
Kitabı sadece kayıtlı kullanıcılar indirebilir.

Yorumlar 0

Bir yorum Yaz
Henüz yorum yok ama ilk yorumu yazan siz olabilirsiniz.!

Bir yorum Yaz

Yeni Kitaplar

Tüm Kitaplar