Nermin Ismayilova ✨ #SəssizSətirlər Cümlənin yarısında ilişib +Mən sənə heç nə demədim. Sadəcə baxdım... Üzündəki susqunluğa, gözlərindəki "keçdi" deyən yalana. Amma içimdə qopmaqda olan fırtınanı sən bilmədin. — Bəzən insanlar susmur, sadəcə deyəcəyi heç kim qalmır. Çünki izah istəyən yoxdursa, sözlər də anlamını itirir. +Səninlə danışmaq istədim. Sadəcə bircə dəfə, səni günahlandırmadan, özümü müdafiə etmədən. Sadəcə içimi açmaq üçün. Amma... o zəng heç vaxt alınmadı. — Bu dəstək burda niyə hələ də asılıdır bilirsən? Çünki söhbət yarımçıq qaldı. Sözlər deyilmədi. Niyyətlər bitmədən dayandırıldı. +Mən danışsaydım, sən eşidərdinmi? Yoxsa səsim də o sükutun içində itib gedərdi? — İndi susuram. Amma bu səssizlik razılıq deyil. Bu səssizlik: “deyəcək çox şeyim var, amma artıq lazım deyil” deməyin səssiz formasıdır. "𝑺𝑰𝑴𝑼𝑹𝑸" 2 0 0 2
SəssizSətirlər
1
Nermin Ismayilova
Cümlənin yarısında ilişib
+Mən sənə heç nə demədim. Sadəcə baxdım... Üzündəki susqunluğa, gözlərindəki "keçdi" deyən yalana. Amma içimdə qopmaqda olan fırtınanı sən bilmədin.
— Bəzən insanlar susmur, sadəcə deyəcəyi heç kim qalmır. Çünki izah istəyən yoxdursa, sözlər də anlamını itirir.
+Səninlə danışmaq istədim. Sadəcə bircə dəfə, səni günahlandırmadan, özümü müdafiə etmədən. Sadəcə içimi açmaq üçün. Amma... o zəng heç vaxt alınmadı.
— Bu dəstək burda niyə hələ də asılıdır bilirsən? Çünki söhbət yarımçıq qaldı. Sözlər deyilmədi. Niyyətlər bitmədən dayandırıldı.
+Mən danışsaydım, sən eşidərdinmi? Yoxsa səsim də o sükutun içində itib gedərdi?
— İndi susuram. Amma bu səssizlik razılıq deyil. Bu səssizlik: “deyəcək çox şeyim var, amma artıq lazım deyil” deməyin səssiz formasıdır.
"𝑺𝑰𝑴𝑼𝑹𝑸"