+Yaxın durma... qarışım tamamlanmayıb hələ.
–Əgər səssizliyini daşıya bilirəmsə, sirlərindən də qorxmaram.
+Bu masada yalnızca rituallar deyil, xatirələr də əzilir.
–Bilirəm. Qoxusunu tanıdım. Sən bir az keçmiş, bir az gələcəksən...
+Bir ovuc qırmızı ləçək — ürəyimdən silə bilmədiklərim.
–Bir damla mavi — yuxumda gizlətdiklərin.
+Əlini uzatma...
–Artıq gecdi. Hələ başlanmamış o qarışımda yerimi çoxdan tapmışam.
+Bilirəm. Çünki qarışıma ilk səni əlavə etmişdim...
Bəzən bir qarışım sehr deyil, duyğudur. Hələ yaranmamış bir möcüzənin içində sevilmək səssizliyin ən dərin çağırışıdır...
Nermin Ismayilova
“Bir qarışım qədər gizli”

"𝑺𝑰𝑴𝑼𝑹𝑸"