Ayla Günəşin Arasında
+Gözlədiyin o gün gəldi… Amma ay səmanı tərk edəndə necə qaranlıq çökürsə, sənin də gülümsəmən o anda yox oldu.
– Bilmirsənmi ayla günəşin taleyini?
+Eşitmişəm… amma sənin susqunluğundan eşitmək istəyirəm.
– Günəş yanır... çünki hər doğuşunda ayın yoxluğuna oyanır.
Bu gecə tez yatmışdım,
bir az da hüznlü.
Gözəl yuxular görmədim.
Bəlkə də, görmüşəm, yadıma gəlmir.
Və birdən oyandım,
eləcə durdum.
Gördüm mən səni hələ də sevirəm.
Hələ də yalansız sevirəm səni.
Qayğısız fılansız sevirəm səni.
Zamanlı zamansız sevirəm səni.
Hə bir də
arxası üstə uzanıb yenə,
bütün şəkillərinə baxdım.
Güldüm... güldüm... güldüm...
Səhər qaranlığın susaraq geri çəkildiyi andır. Günəş doğmadan əvvəl hər şey mümkündür… və bəzən bir cümlə bütün günü işıqlandıra bilər.Hər günə ilk dəfə oyanırmış kimi gözünü aç.
Daxil ol şərh yazmaq üçün