Salam. Öncəliklə yeni keyfiyyət əlavə edib, saytı izləyənlərində paylaşım etməsinə şərait yaratdığınız üçün təşəkkürlər.
Gecəyə not ilə minnətdarlığımı bildirmək istəyirəm:
Əsl sərvət, ruhun dərinliklərindəki sükutun qiymətidir.
Bəli, çətindir… çünki o sükut, yalnız ruhunu yandırmadan işıqlandıra bilənlərə qismət olur. Hər kəs dinə bilər, amma yalnız seçilmişlər bu sükutda özünü tapar.
Gücü itirmək qazanmaqdan daha asan görünsə də insan bəzən qazandıqlarını itirməmək üçün səy göstərməlidir. Həyatımızda bəzi hadisələr gəlib bizi dəyişdirib gedə bilər, amma bu təcrübələrimizin bizi tərk etməsinə imkan yaradacağımız mənasına gəlmir.
Güc doğuşdan, möcüzəvi formada gələn bir şey olmadığı üçün öncə qazanılmalıdır və bu bizim başımıza gələnlərlə olur
Təbii ki, baş verən hadisələrə verəcəyimiz reaksiyalar və onlardan sonrakı düşüncələrdir bizi dəyişər. müsbət ya mənfi istiqamətə
Siz başımıza gələnlərlə gücün formalaşdığını düşünürsünüz, amma güc təkcə gələnlərlə ölçülmür. Əsl güc, başımıza gələnlərə necə dayandığımızda, iradəmizlə sınmamaqda və özümüzü yenidən yaratmaqda gizlidir.
Daxil ol şərh yazmaq üçün