Azərbaycancaaz
Mir.az » Bilgi » Dünyanın ən yüksək ikinci dağı - Çoqori

Dünyanın ən yüksək ikinci dağı - Çoqori

29
Dünyanın ən yüksək ikinci dağı - Çoqori
Çoqori dünyanın ikinci ən yüksək dağıdır. O, dünyanın 10 ən yüksək dağından Karakorumda yerləşən yeganə dağdır. Ən yüksək 10 dağın qalanları Himalay dağlarında yerləşir.
O, elm adamlarına K-2 kimi də tanınır, burada "K" hərfi "Karakorum" deməkdir, 2 rəqəmi isə zirvənin seriya nömrəsidir. K-2 adı ona 1856-cı ildə İngilis polkovniki Tomas Montqomeri tərəfindən verilib. Xalq arasında onu “Qatil dağ” adlandırırlar, belə ki, çox az adam onun zirvəsinə qalxa bilir. 2010-cu ilə qədər Everest 5104 dəfə, K-2 isə 302 dəfə fəth edilib. K-2 dağını fəth etmək istəyən alpinistlərin arasında qadınlar da olub. Belə ki, zirvəyə ilk qalxan 1986-cı ildə polşalı qadın alpinist Vanda Rutkeviç olub. 2011-ci ildə isə avstriyalı qadın alpinist Gerlinde Kaltenbrunner təkcə Çoqori zirvəsini deyil, həm də planetin digər ən yüksək zirvələrini fəth edib və bunu dünyada ilk dəfə olaraq oksigen balonu olmadan edib.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz