May böcəyinin bədəni 2;2,5 sm uzunluğundadır. Bədəni silindrik formada olub açıq qəhvəyi rəngdədir. May böcəyinin bədəni 3 hissədən: baş, döş, qarıncıqdan ibarətdir. May böcəyinin başı duzunə birləşmişdir.O, başını aşağı əyə bilir. Baş hissəsində 6 buğumdan ibarətdir. Başda ağız,1 cüt bığcıq, mürəkkəb (fasetli) gözləri var. İki agız tipi var: gəmirici və sorucu. Gəmirici ağız tipi bir cüt buğumsuz üst çənədən, bir cüt buğumlu alt çənədən habelə üst və alt dodaqdan ibarətdir. Gəmirici ağızdan fərqli olaraq sorucu ağız tipində üst dodaq ixtisar olmuş və kiçik lövhəcik şəklindədir. Üst çənə yoxdur. Alt çənə isə boru şəklindədir və xortum əmələ gəlir. Döş 3 buğumdan ibarətdir. Ön,orta və arxa döşdən ibarətdir. Hər buğuma bir cüt ayaq birləşir ki, bu da ön,orta,arxa ayaqlari əmələ gatirir. Ayaqlar yalnız yeriməyə deyil,qidalanma zamanı da öz qənimətini tutmaqda və bədəni təmizləməkdə də iştirak edir. Hər ayaq 5 buğumdan-çanaq, 9-cu buğumlari öz şəklini dəyişərək dişilərdə yumurtaqoyana,erkəklərdə isə cütləşmə orqanına çevrilmişdir. Buğumlarının yan tərəflərində nəfəsgah adlanan kiçik dəliklər görəcəyik.
Mayböcəyi
Mayböcəyi sürfə və pup şəklində iki il yerin altında yaşayır. Bitkilərin köklərini və soğanaqlarını yeyir. Mayböcəyi may ayında görünür. Axşamüstü torpaq yuvasından çıxır, meyvə ağaclarının yarpaqlarını yeyir. Mayböcəyi bir neçə həftə yaşayır.
Şərhlər 0
Şərh Yaz