İsimlərdə cəm şəkilçisi, hal şəkilçiləri; feilərdə zaman şəkilçiləri, şəxs şəkilçiləri və s. qrammatik şəkilçilərdir. Başqa nitq hissələri (sifət, say, zərf, felin xüsusi formaları olan məsdər, feli sifət) isimləşdikdə ismə aid olan hal, mənsııbiyyət, cəm şəkilçiləri qəbul edə bilər. Məsələn: kitab- lar, oxu-yur-am, dəftər-in, dəniz-də, ağıllı-yam, tez-dir və s.
Qrammatik şəkilçilər söz birləşmələri və cümlələrdə sözləri bir-birinə bağlamağa xidmət edir. Qrammatik şəkilçilər öz şəkilçilərimizdir, yəni bunların içərisində alınma olanı yoxdur. Bu şəkilçilər ahəngə tabe olduğu üçün içərilərində birvariantlıları yoxdur.
Bəzi şəkilçilər isə qoşulduğu sözün həm formasım, həm də mənasını dəyişdirir və yeni mənalı söz əmələ gətirir. Belə şəkilçilər sözdüzəldici və ya leksik şəkilçilər adlanır. Leksik şəkilçilər ∧ işarəsi ilə göstərilir. Məsələn, dəniz-çi, gör-üş, göz-lük, sın-ıq və s.
Əvəzlikdən başqa (bəzi istisnalar var), bütün əsas nitq hissələrinin özünəməxsus leksik şəkilçiləri var.
Şərhlər 0
Şərh edin