Azərbaycancaaz
Mir.az » Bilgi » Azərbaycan Dili » Danışıq Səsləri

Danışıq Səsləri

84
Danışıq Səsləri
Fonetika danışıq səslərindən bəhs edir. Danışıq səsləri danışıq üzvləri vasitəsilə həyata keçirilir. Onlar aşağıdakılardır:
1-ağciyərlər, 2-nəfəs borusu, 3-qırtlaq və səs telləri, 4-ağız boşluğu, 5-dil, 6-dodaqlar, 7-dişlər, 8-burun boşluğu.
Danışıq səsləri iki cür olur: 1) sait səslər, 2) samit səslər.
Saitlərin tələffüzündə hava axını ağızdan sərbəst çıxır, yəni heç bir maneəyə rast gəlmir və saitlər çox aydın səslənir.
Tələffüz zamanı hava axınının ağızda müxtəlif maneələri dəf etməsindən yaranan səslər samit səslər adlanır.
Fonetika iki yerə ayrılır:
1) orfoqrafiya – düzgün yazı qaydaları
2) orfoepiya – düzgün tələffüz qaydaları

Şərhlər 0

Şərh edin
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz