Azərbaycancaaz
Mir.az » Bilgi » Azərbaycan Dili » Samit Səslərin Növləri

Samit Səslərin Növləri

157
Samit Səslərin Növləri
Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür:
1. Kar samitlər
2. Cingiltili samitlər

Cingiltili samitlərin əmələ gəlməsində səs telləri iştirak edir, buna görə onlar səsdən və küydən ibarət olur.
Cingiltili samitlər: [ b] [c] [d] [g] [ğ] [j] [q] [l] [m] [n] [r] [v] [y] [z]

Kar samitlər yalnız küydən əmələ gəlir.
Kar samitlər: [p] [ç] [t] [k] [x] [ş] [k´] [f] [x´] [s] [h]

Cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir, bununla yanaşı [l], [m], [n], [r] samitlərinin kar qarşılığı, [h] samitinin isə cingiltili qarşılığı yoxdur:
[ b] [c] [d] [g] [ğ] [j] [q] [l] [m] [n] [r] [v] [y] [z] - [p] [ç] [t] [k] [x] [ş] [k´] - - - - [f] [x´] [s] [h]

Sait Səslərin Tələffüzü
1. Eynicinsli qoşa saitlər bir uzun sait kimi tələffüz olunur: saat [sa:t], təəssüf [tə:ssüf], bədii [bədi:].
2. Müxtəlifcinsli qoşa saitlərin arasına [y] səsi daxil olur: radio [radiyo], ailə [ayilə], zəif [zəyif]
3. Sözdə əa, üə, üa saitləri yanaşı gəldikdə birinci düşür, ikinci uzanır: fəaliyyət [fa:liyət], müəllim [mə:llim], müavin [ma:vin]
4. Sözdə yanaşı gələn ea saitləri [iya] kimi tləffüz olunur: teatr [tiyatr], okean [okiyan], ideal [idiyal]
5. Sözdə o və ö saitlərindən sonra [v] səsi gələrsə, v düşür o və ö saitləri uzanır: dovşan [do:şan]
6. Sonu a, ə saitləri ilə bitən çoxhecalı sözlərə əvvəlində bitişdirici y samiti olan müəyyən şəkilçilər qoşulduqda, tələffüz zamanı həmin saitlər ahəng qanununa uyğun olaraq qapalı saitlərə ([ı], [i], [u], [ü]) səslərindən birinə çevrilir: saxlayın [saxlıyın], nənəyə [nəniyə], babaya [babıya]
7. Dilimizdə uzanan saitlər də vardır: dahi [da:hi], Füzuli [füzuli], vəsiqə [vəsiqə] Yaxud: Çempion Adil [mədəni] oğlandır. Uzaqdan neft [mə:dəni] görünürdü.

QEYD: ı və ü saitləri uzanmır.

Şərhlər 0

Şərh edin
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz