Azərbaycancaaz
Mir.az » Bilgi » Azərbaycan Dili » Terminlər

Terminlər

177
Terminlər
Müxtəlif ixtisas və peşə sahələri ilə əlaqədar olan sözlərə terminlər və ya ixtisas sözləri deyilir:
Azərbaycan dili: fonetika, samit, mübtəda;
Ədəbiyyat: süjet, folklor, poema, oçerk;
Biologiya: iynəyarpaqlılar, flora, subtropik; Tibb: - angina, validol, qrip, pnevmaniya;
Musiqi: forte (ucadan), piano (pəsdən)
Riyaziyyat: tənlik
Terminlərin xarakterik xüsusiyyətləri:
1) yığcamlıq
2) yeni söz yaratmaq qabiliyyətinə malik olmaq
3) emosionallığın, sinoniminin, məcaziliyin olmaması
Hər elm sahəsinin, peşənin özünəməxsus terminləri olur. İxtisas sözlərindən, yəni terminlərdən elmi üslubda daha çox istifadə olunur.
Terminlər, əsasən, elmi üslubda işlənir, bəzən isə bədii əsərlərdə də istifadə olunur.
Yalnız terminlər kimi çıxış edən sözlər: metafora, sinekdoxa, fiksaj, akvarel...
Həm termin, həm də ümumişlək sözlər: güc, bucaq, qüvvə, enerji, zərf, say, fel…
Cəmiyyətin mədəni inkişafı ilə əlaqədar olaraq bəzi terminlər (ixtisas sözləri) ümumişlək sözlərə çevrilir:
akvarel, ekran, solo, aspirin, arayış, protokol və s.

Şərhlər 0

Şərh edin
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz