Feili sifətin feilə məxsus cəhətləri aşağıdakılardır:
- Zaman mənası bildirir. Məsələn: yazılmış məktub (keçmiş zaman), yazılacaq məktub (gələcək zaman), yazılan məktub (indiki zaman) və s.
- Təsirli və ya təsirsiz olur. Məsələn: yazan uşaq (təsirli), gülən uşaq (təsirsiz)
- Növ bildirir. Məsələn: çalınan zəng (məchul növ), savaşan qoşunlar (qarşılıq növ) və s.
- Təsdiq və ya inkar olur. Məsələn: yazılmış məktub (təsdiq), yazılmamış məktub (inkar).
- Ətrafına sözlər toplaya bilir. Məsələn: İşinə vicdanla yanaşan mühəndis.
Feili sifətin sifətə məxsus cəhətləri aşağıdakılardır:
- Əlamət bildirir
- Necə? nə cür? hansı? suallarına cavab verir
- Aid olduğu ismin əvvəlində gəlir
- Cümlədə təyin vəzifəsində işlənir
- Xəbərlik şəkilçisi (-dır4) qəbul edərək ismi xəbər olur.
Feili sifət düzəldən şəkilçilər. Aşağıdakılar feili sifət düzəldən şəkilçilərdir.
- –mış4. Məsələn: yazıl-mış məktub, quru-muş ağac (mış4 şəkilçisi keçmiş zaman mənalı feili sifət əmələ gətirir).
- –dıq4. Bu şəkilçi mənsubiyyət şəkilçisi ilə işlənir və keçmiş zaman mənalı feili sifət əmələ gətirir. Məsələn: yaz-dığ-ım məktub, gör-dü-yüm iş, oxu-duğ-u mahnı.
- -yan2. Məsələn: ağla-yan uşaq.
- –an2. Bu şəkilçi vasitəsilə indiki zaman mənalı feili sifətlər əmələ gəlir. Məsələn: qaç-an at, oxu-yan bülbül və s.
- –acaq2, -ası2, -malı2. Bu şəkilçilərlə gələcək zaman mə-na-lı feili sifətlər yaranır. Məsələn: deyil-əsi söz, gəl-əcək qonaq, yeyil-mə-li meyvə.
Qeyd.
a) Feildən düzələn sifətlər ancaq sifətin (gül-əyən uşaq, az-ğın , qorx-unc hadisə və s.), feili sifətlər isə həm sifətin, həm də feilin əlamətlərini daşıyır (deyil-əcək söz, gül-ən adam, yeyil-məli çörək və s.)
c) –mış2, -acaq2 şəkilçisi qəbul etmiş sözlər şəxs şəkilçisi qəbul etdikdə feil (yaz-mış-am, yaz-acaq-san və s.), qəbul edə bilmədikdə feili sifət olur (yazıl-mış məktub, yazıl-acaq məktub və s.)
Feili sifət onunla əlaqəyə girən sözlə birlikdə feili sifət tərkibi əmələ gətirir. Bu cür birləşmələr feili birləşmələr adlanır və cümlənin mürəkkəb üzvü olur. Məsələn: Gündəlik dərsləri oxu-yan-lar imtahanda çətinlik çəkməzlər.
Sifət və saylar kimi, bəzən feili sifətlər də isimləşə, substantivləşə bilir və bu zaman feili sifətlər sifətin suallarına deyil, ismin suallarına cavab verir. Ən çox –acaq2, -mış2, -an2, -malı2 şəkilçisi ilə düzələn feili sifətlər isimləşir.
Şərhlər 0
Şərh edin