Azərbaycancaaz
Mir.az » Bilgi » Azərbaycan Dili » Qoşma

Qoşma

75
Qoşma
İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq halında olan sözlərə qoşularaq müəyyən məna çaları əmələ gətirir. Qoşmalar qoşulduğu sözlə birlikdə cümlənin bir üzvü olur.

Qoşmanın Mənaca Növləri


Birgəlik (ilə), bənzətmə (kimi, tək, qədər), istiqamət (sarı, doğru, qarşı, tərəf), məsafə (qədər, kim, -dək, -can2), zaman (əvvəl, sonra, qabaq, bəri), fərqləndirmə (qeyri, savayı, başqa, ayrı, özgə), səbəb-məqsəd (üçün, görə, ötrü), aidlik (aid, dair, haqqında, barəsində), istinad (əsasən).
«Kimi» qoşması ilə bağlı Mövlana Cəlaləddin Rumidən götürülmüş bir neçə nümunə:
1) Comərdlik və yardım etməkdə axar su kimi ol.
2) Şövkət və mərhəmətdə günəş kimi ol.
3) Başqalarının qüsurunu örtməkdə gecə kimi ol.
4) Hiddət və əsəbiyyətdə ölü kimi ol.
5) Təvazi və alçaq könüllülükdə torpaq kimi ol.
6) Xoşgörülükdə dəniz kimi ol.
7) Ya olduğun kimi görün, ya göründüyün kimi ol.

Qoşmalar ismin halları ilə işlədilməsinə görə müəyyən qruplara bölünür.
1) Adlıq hala qoşulanlar: üçün, kimi, tək, qədər, ilə.
2) Yiyəlik hala qoşulanlar: qədər, kimi, tək, üçün, ilə (la2).
3) Yönlük hala qoşulanlar: -dək, -can, -cən, tərəf, doğru, qarşı, sarı, görə, əsasən, qədər, dair, aid, kimi.
4) Çıxışlıq hala qoşulanlar: sonra, əvvəl, qabaq, bəri, başqa, qeyri, savayı, ayrı, özgə, ötrü, əlavə.

Qeyd: Bəzən eyni qoşma müxtəlif hallarda olan sözlərə qoşula bilir.

Qoşmaların Digər Nitq Hissələri İlə Omonimliyi


İsim və qoşma: tərəf, qarşı
Sifət, zərf, qoşma: tək, doğru, yaxın, sarı
Zərf və qoşma: sonra, qabaq, əvvəl

Durğu İşarəsi:


Ayrı yazılanlar: üçün, kimi, qədər, tərəf, sonra, əvvəl və s.
Bitişik yazılanlar: -can2, -ca2, -tək, -dək. Bitişik və ayrı yazılanlar: ilə -la,-lə

Şərhlər 0

Şərh edin
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz