Azərbaycancaaz
Mir.az » Bilgi » Azərbaycan Dili » Ədat

Ədat

286
Ədat
Sözlərin və cümlələrin təsir gücünü artırır, mənasını qüvvətləndirir. Ədatları çıxarsaq, mənada ciddi dəyişiklik baş verməz.

Ədatın Mənaca Növləri


1) Qüvvətləndirici ədatlar: axı, ən, lap, hətta, daha, artıq, da, də, necə, ha, ki, -ca2.
2) Dəqiqləşdirici ədatlar: elə, məhz, əsl.
3) Məhdudlaşdırıcı ədatlar: yalnız, ancaq, təkcə, tək, bircə, bir.
4) Sual ədatları: məgər, yəni, bəs, -mı4.
5) Əmr ədatları: di, qoy, bax, gəl, gör, görün, gəlin, gəlsənə, ha, -sana, -sənə.
6) Arzu ədatları: kaş, kaş ki, təki, barı.
7) Təsdiq və inkar ədatları: bəli, hə, xeyr, yox.

Qeyd: Azərbaycan dilində daha çox işlənən ədatlar: ki, ha, axı, kaş, bəs, lap, qoy, məgər.

Ədatların Omonimliyi


Say və ədat: bir, bircə
Əvəzlik və ədat: elə, belə, necə Feil və ədat: qoy, bax, gör
Zərf və ədat: təkcə
Bağlayıcı və ədat: ki, ancaq, da, də, hətta

Durğu İşarəsi: -mı4 və -sana2 bitişik yazılır, qalan bütün ədatlar sözlərdən ayrı yazılır

Şərhlər 0

Şərh edin
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz