Modal Sözlərin Mənaca Növləri
1) Təsdiq bildirənlər: əlbəttə (əlbəttə ki), doğrudan (doğrudan da), həqiqətən, sözsüz, şəksiz, şübhəsiz (şübhəsiz ki), doğrusu, doğrudur, düzü, düzdür.
Əlbəttə, hər şey yaxşı olacaq. Doğrusu, yadımdan çıxdı.
2) Ehtimal və şübhə bildirənlər: gərək (gərək ki), yəqin (yəqin ki), görəsən, görən, görünür (görünür ki), ehtimal ki, bəlkə (bəlkə də), güman ki, olsun ki.
Güman ki, o, sabah gələcək. Bəlkə də, qaytardılar.
3) Nəticə bildirənlər: demək (demək ki), deməli, xülasə, ümumiyyətlə, bir sözlə, nəhayət.
Deməli, yola düşmək lazımdır. Nəhayət, imtahanlar başa çatdı.
4) Bənzətmə və ya müqayisə bildirənlər: sanki, elə bil (ki).
Sanki məni görmürdü.
5) Fikrin mənbəyini bildirənlər: məncə, səncə, bizcə, zənnimcə.
Məncə, tezliklə qayıdacaq.
Durğu İşarəsi:
Cümlənin əvvəlində olan modal sözdən sonra, ortasında olan modal sözün hər iki tərəfində, axırında olan modal sözdən əvvəl vergül qoyulur:
Şərhlər 0
Şərh edin