Azərbaycancaaz
Mir.az » Bilgi » Azərbaycan Dili » Nida

Nida

66
Nida
Danışanın hissini, həyəcanını, qorxu və ya sevincini bildirir.

Nidanın Mənaca Növləri


1) Qorxu, narahatlıq bildirənlər: vay, ox, oy, ah.
2) Şadlıq, sevinc, təəccüb bildirənlər: paho, bəh-bəh, oho, oxqay.
3) Qəm, kədər bildirənlər: of, ah, ox, oy, eh.
4) Çağırış bildirənlər: hey, ey, ay.
5) Nifrət və istehza bildirənlər: tfu, xa-xa-xa, xux, xox.

Qeyd: Bütün nidalar, həmçinin ay, ey nidaları ilə başqa sözün əmələ gətirdiyi nidalar sözdən ayrı yazılır, təkrar yolu ilə işlənən nidalar defislə yazılır.

Durğu İşarəsi:


Cümlənin əvvəlində gələn nidalardan sonra vergül və ya nida işarəsi, ortasında gələn nidadan əvvəl və sonra vergül, sonunda gələn nidalardan əvvəl vergül, sonra nida işarəsi və ya nöqtə qoyulur.
Çağırış bildirən a, ay, ey nidalarından sonra vergül qoyulmur. Bəzən çağırış bildirən ey nidasından sonra vergül işlənir: Ey, qərib oğlan, haraya gedirsən?

Şərhlər 0

Şərh edin
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz