V Bölüm: Çayın İçində
Ruh bir anlıq nəfəsini tutdu və körpünün köhnəliyinə baxaraq başını yellədi.
– Mən körpüyə güvənə bilmərəm, çayın içindən keçəcəm, – deyə qərar verdi.
Soyuq sulara addım atanda dərisi titrədi, amma özünü toparladı. Çayın axını güclü idi, hər addımda su dizlərinə qədər qalxırdı. Axın onu geriyə itələmək istəyirdi, amma Ruh iradəsini itirmirdi, ayaqlarını möhkəm basıb irəliləməyə çalışırdı.
Bir neçə addım atmışdı ki, qəfil göy gurultusu eşidildi. Gözlənilmədən hava dəyişdi. Sanki səma özü də Ruhun qərarını sınağa çəkirdi. Şiddətli bir leysan başladı, çayın axını daha da gücləndi.
Ruh hərəkətini sürətləndirmək istəyirdi, amma su artıq dizdən yuxarı qalxmışdı. Axın onu bədənindən tutub dartırdı. Ruh bütün gücünü topladı, amma bir anda ayağı sürüşdü. O, çaya yıxıldı və su onu içəri çəkdi.
Tənəffüsü qırıldı, əlləri çayın dibi ilə mübarizə aparırdı, amma axın çox güclü idi. Ruh qışqırmağa çalışdı, amma boğazını yalnız su doldurdu.
Mələyin səsi bir anlıq onun beynində eşidildi:
– Çətinlikləri seçmək hər zaman güclü olmaq demək deyil. Bəzən ağıllı qərar çətinlikləri görmək və onlardan uzaq durmaqdır.
Ruh sonuncu dəfə səmanı görməyə çalışdı, amma su onu dərinliklərə çəkdi. Axın səsini daha eşitmək olmurdu. Hər şey səssizliyə qərq oldu.
Ruhun səyahəti sona çatmışdı. Amma sonda o, nəyisə anladı: həyat yalnız mübarizə deyil, həm də düzgün seçimlərdən ibarətdir.
Son.
| Yenidən başla |
Şərhlər 2
Şərh Yaz