VII Bölüm: Əlaqə və Düşüncələr
Oğlan bir an tərəddüd etdi. Şamın titrəyən işığında kitab ona cazibədar görünsə də, cihazın ekranına baxdı. Sevdiyi qızın səsini eşitmək, onunla bu qəribə gecəni bölüşmək daha önəmli idi.
O, cihazın zəif işığında qızın adını seçib zəng etdi. Qısa bir müddət sonra qarşı tərəfdə narahat və tanış bir səs eşidildi:
– Niyə belə gec zəng etdin? Hardasan?
Oğlan gülümsədi, səsi sakit idi:
– Bir az meşədə idim, indi köhnə bir binadayam. Yağışdan qaçmaq üçün buraya girdim.
Qızın səsi birdən daha narahat oldu:
– Meşədə? Orada nə işin var? Heç eşitməmisən? Deyirlər, bu ərazidə bir manyak dolaşır. Hər kəsdən gizlənib insanları izləyirmiş. Mən səni yaxşı tanıyıram, sən sevirsən belə yerlərdə tək gəzməyi. Amma xahiş edirəm, çıxma çölə!
Oğlan susdu, qızın səsindəki qorxu açıq-aşkar hiss olunurdu. Amma onu sakitləşdirmək üçün təmkinlə dedi:
– Narahat olma, burda təhlükəsizəm. Çöldəki yağış da dayanmaq bilmir. Səni dinləyəcəyəm, çölə çıxmayacağam.
Qız rahatlaşdı və onların söhbəti daha mehriban notlarla davam etdi. Gözlənilməz fırtınadan, qızın evdə keçirdiyi günlərdən, gələcək xəyallarından danışdılar. Oğlan qızın səsini dinləyərək bir anlıq bu qəribə binada olduğunu unutdu.
Amma onun beynində başqa düşüncələr dolaşırdı. Gecə səssizləşdikcə, beynində səs gələn tərəfə gedə biləcəyi ehtimalı canlanırdı. Kaş ki, əvvəlcə marağına təslim olub o səsin ardınca getsəydi.
Söhbət davam etsə də, içində qalan bu fikir onu tərk etmirdi. Amma qərar verilmişdi. O artıq öz yolunu seçmişdi.
Son
| Yenidən başla |
Şərhlər 0
Şərh Yaz