Azərbaycancaaz
Mir.az » Bilgi » Yuxu » Yuxuda hörümçək görmək nə deməkdir?

Yuxuda hörümçək görmək nə deməkdir?

0
Yuxuda hörümçək görmək nə deməkdir?

İnsanların ən çox gördükləri yuxulardan biri olan hörümçək heyvanı və ya hörümçək toru yuxusu, görülmə tərzinə görə müxtəlif yozulur. Yuxuda hörümçək görmək, yuxuda görülən hörümçəyin keyfiyyətinə və necə göründüyünə görə müxtəlif cür yozulur. Yuxuda hörümçək görmək, yaxşılıq etməyi bacarmağa, din sevgisinə dəlalət edən yuxu növüdür.

Hörümçək təkliyə çəkilmiş dindar bir insan kimi ifadə edilir. Bir insanın yuxusunda hörümçək görmək, adətən, onun xeyriyyə işləri ilə məşğul olduğuna, dininə, ibadətlərinə yaxşı münasibət bəslədiyinə işarədir. Hörümçəklə görüşmək belə bir insanla qarşılaşmaq kimi yozulur.

Yuxuda hörümçək görmək yuxu sahibi üçün yaxşılığa, dinə sevgi ilə ifadə edilir. Bu yuxu insanın ibadəti sevdiyinə və təqvalı olduğuna işarə edir. Yuxuda hörümçək görmək bəzi tənbəl, hiyləgər və ya zəif adama yozulur.Bundan başqa sehr edən qadına və ya yolunu azmış kimsəyə yozulur.

Yuxuda hörümçək görmək üçün yuxunun necə göründüyünə diqqət etmək lazımdır. Yuxuda hörümçək görmək bəzən yaxşı və xeyirli işlərə, bəzən də bəla və kədərə işarə edir. Yuxuda hörümçək, dini öhdəliklərini yerinə yetirən birisi ilə dostluq etmək və həmin şəxsdən müsbət təsirlənməyə yozulur. Ancaq yuxuda hörümçək toru görmək, yuxu görən adamın çətin günlər keçirəcəyinə və çarəsiz qalacağına işarədir.


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz