Azərbaycancaaz
Mir.az » Bilgi » Yuxu » Yuxuda rəhmətə getmiş ananı görmək

Yuxuda rəhmətə getmiş ananı görmək

0
Yuxuda rəhmətə getmiş ananı görmək

Yuxuda rəhmətə getmiş ananı görmək böyük həsrətə işarədir və real həyatda anasını itirmiş insanların əl-qolunun bağlı olduğunu hiss edərək, lazım olduğu kimi işinə və normal həyatına fikrini cəmləyə bilmədiklərinə yozulur. Rəhmətlik ananı xeyirxah və xoşbəxt görmək axirətdə gözəl yaşamaq, övladı ilə razı qalmaq, anasından daima aldığı nemət sayəsində şərdən, fitnə-fəsaddan, bəlalardan qorunmaq deməkdir. Əgər rəhmətə gedən ana həmin şəxsi yanına çağırırsa, bu, ailədə sağlamlıq, rifah və əmin-amanlıqdan xəbər verir. Mərhum ana sizinlə danışmaq istəsə, son anda səhvdən dönəcəyiniz, ailə üzvlərinin köməyi ilə problemin həllini tapacağınız deyilir. Əgər dünyasını dəyişən ana səni qucaqlayırsa, qəbir ziyarəti gözlədiyinə, səndən üz döndərərsə, günah içində yaşadığına və çoxlu bəlalarla qarşılaşacağına işarədir.


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz