Azərbaycancaaz
Mir.az » Bloq » Bu ay nə oxuyaq? May ayında mütləq oxu siyahınıza əlavə etməli olduğunuz kitab tövsiyələri

Bu ay nə oxuyaq? May ayında mütləq oxu siyahınıza əlavə etməli olduğunuz kitab tövsiyələri

595
Bu ay nə oxuyaq? May ayında mütləq oxu siyahınıza əlavə etməli olduğunuz kitab tövsiyələri
Bəzilərimiz üçün oxumaq həvəsdən daha artığı olsa da, həqiqətən yaxşı kitab tapmaq çox çətindir. Oxumaq üçün kitab axtarışındasınızsa, may ayında mütləq oxu siyahınıza əlavə etməli olduğunuz kitab tövsiyələrimizdən yararlana bilərsiniz!

1. Xalid Hüseyni "Min Möhtəşəm Günəş"


Bu ay nə oxuyaq? May ayında mütləq oxu siyahınıza əlavə etməli olduğunuz kitab tövsiyələri

Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdan kənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla. Onların arasında ümumi heç nə yoxdur, ayrı-ayrı dünyalarda yaşayırlar, amma müharibə onların həyat yolunu birləşdirir. Özləri də bilmir onlar kimdir – rəqib, rəfiqə, yoxsa bacı. Təklikdə orta əsr desportizminə, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparırlar, ağır sınaqlardan keçirlər. “Min möhtəşəm günəş” güclü, dramatik, lirik romandır – oxucu qəlbini riqqətə gətirən ağrısı, sevinci ilə, nəcib məqsədi, sonsuz lütfü ilə.

2. Fyodor Dostoyevski "Bəyaz gecələr"


dostoyevski beyaz geceler

Romanın baş qəhrəmanı – kimsəsiz və utancaq bir xəyalpərəstdir. Bəyaz gecələrin birində xəyalpərəst oğlan Nastya adlı bir qızla tanış olur, zaman keçdikcə ona vurulur. Amma Nastya ona dost və qardaş gözü ilə baxır. Qız ona keçmiş monoton həyatından, ilk məhəbbətindən və sevdiyi insanın onu necə tərk etdiyindən bəhs edir. Xəyalpərəst oğlan Nastyaya yardım edir, ona mənəvi dəstək olur. Oğlanın duyğularını layiqincə qiymətləndirməyə can atan Nastya bir gün onun sevgisinə cavab verməyi qərara alır. Lakin əvvəlki sevgilisi qayıdınca, qız dostunu tərk edir. Oğlan Nastyanı bağışlayır və yenə sevməyə davam edir. Nastya onun həyatının ən parlaq səhifəsidir!

3. Erich Fromm "Sevmək Sənəti"



Bu kitabı oxuyaraq sevgi sənətini öyrənmək istəyənlər məyus olacaqlar. Əksinə, bu kitab müəyyən bir yetkinlik səviyyəsinə çatmadan sevgiyə çata bilməyəcəyini göstərmək məqsədi daşıyır. Burada məqsəd oxucuya onun şəxsiyyətinin yaradıcı şəkildə tam inkişaf etdiyini görməyincə sevgiyə çatmaq üçün göstərdiyi bütün cəhdlərin puça çıxacağını göstərmək və bu bacarığı qazanmadan sevgi tərəfində şəxsi məmnuniyyətə nail ola bilməyəcəyini oxucuya sübut etməkdir. qonşusunu sevmək, təvazökarlıq, cəsarət, iman və nizam-intizam.

4. Mark Levi "Qorxudan Daha Güclü Hiss"



Azərbaycanda çox sayda oxucusu olan, sevilən yazıçıdan başqa bir maraqlı hekayə.
Andreu Stilman “The New York Times" qəzetində çalışan, məşhur jurnalistdir. Boşandıqdan və sui-qəsddən canını qurtardıqdan sonra həyatını təkrar qaydasına qoymağa çalışır.
Bu zaman o, Nyu-York kitabxanalarından birinin oxu zalında, dövlətə xəyanətdə təqsirləndirilən nənəsinin günahsız olduğunu sübuta yetirməyə çalışan Suzi Baker adlı gənc bir xanımla tanış olur. Belə ki, "Soyuq müharibə" zamanı dövlətə məxsus gizli sənədləri, düşmən tərəfə keçirtməyə cəhd etdiyi üçün nənəsi haqqında edam qərarı çıxarılıb.
Lakin hökumətin bəzi gizli qurumları işə qarışdıqda, Andreu ilə Suzi şəhərdən qaçmalı olurlar. Səyahət onları Arktikaya çatdırır. Yolboyu şübhə, anlaşılmaz nişanələr, ifşa və qətllər bir-birini əvəz edecək.
Belə bir sual ortaya çıxır : Sizin üçün qorxudan daha güclü olan hiss nədir ?

5. George Orwell "Heyvanıstan"



“Malikanə” fermasının tənbəl və əyyaş sahibi Mr. Cons bir gün fermanın heyvanlarını yemləməyi unudur. Heyvanların fermanı ələ keçirmək üçün qaldırdığı növbəti üsyana donuz Napoleon və Uillinqton rəhbərlik edirdilər. Ferma haqsızlığı aradan qaldırmaq və dördayaqlıların mənafeyinə xidmət etmək məqsədi ilə yenidən quruldu. Ancaq zaman keçdikcə üsyanın prinsipləri təhrif olundu və unuduldu. Yeni və gözlənilməz hallar baş qaldırdı… “Heyvanıstan” – yanlış istiqamətlənmiş bir inqilabın tarixi – Corc Orueldən gücün azdırıcı təsirinə satirik baxış.


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz