Azərbaycancaaz
Mir.az » Bloq » Oxumaq üçün məsləhətli kitablar - Kitab Tövsiyəsi

Oxumaq üçün məsləhətli kitablar - Kitab Tövsiyəsi

1 187
Oxumaq üçün məsləhətli kitablar - Kitab Tövsiyəsi
Kitablar oxucuya müxtəlif həyatları görməyə, fərqli düşüncələr təcrübə etməyə, dünyaya başqalarının gözündən baxmağa və yeni məlumatlar öyrənməyə imkan verir. Kitablar və onların dünyası nə qədər möhtəşəm olsa da, hər kitab üçün eyni şeyi demək mümkün deyil. Buna görə də bir çox oxuyucu yaxşı kitab tapmaq müvzusunda çətinlik çəkir. Kitab oxumaq üçün az vaxtı olan insanlar, bu məhdud vaxtlarını da boş, zamanın və yaxşı oxuyucuların süzgəcindən keçməmiş kitablara sərf etmək istəmirlər. Biz də bu halları nəzərə alaraq mir.az oxuyucuları üçün məkan və zaman sərhədlərini aşan, bundan sonra da əsrlər boyu oxunacaq məsləhətli kitablar siyahısı hazırladıq.

1. Paulo Coelho "Kimyagər"


Oxumaq üçün məsləhətli kitablar - Kitab Tövsiyəsi
Kimyagər – Braziliya yazıçısı Paulo Koelhonun ən məşhur əsərlərindən biridir. O, dünyada milyonlarla insanın sevimli kitabıdır. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər. «İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır. .» – bunu Koelho deyir. Artıq kulta çevrilən bu roman öz oxucusunun həyatını dəyişməyə qadir olan bir əsərdir.

2. Qabriel Qarsia Markes "Yüz ilin tənhalığı"



“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tən­halıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, hə­qi­qətən, mifik xarakter daşıyır. Buendia ailəsinin bir neçə nəs­li­nin ta­rix­çəsinin özü və bununla yanaşı onun xarakterik xüsu­siy­yətləri – insestə meyil və onun lənətlənməsi, qəhrəmanların tale­lə­rinin qabaq­cadan müəyyən edilməsi nəsil mifi xarakteri qazanır...

3. Fyodor Dostoyevski "Cinayət və Cəza"



XIX əsrin böyük rus yazıçısı, rus milli ruhunun dərin ifadəçisi Fyodor Mixayloviç Dostoyevski dünya ədəbiyyatının, eləcə də fəlsəfi və estetik fikrinin inkişafına güclü təsir göstərmişdir.Dostoyevski realizmin əsasında insan istirabları, tapdalanmış və təhqir edilmiş şəxsiyyətin faciəsi dayanır. Belə şəxsiyyətlərdən biri oxuyucuların diqqətinə təqdim olunan bu kitabın - "Cinayət və Cəza" romanının qəhrəmanı Raskolnikovdur. Yazıçı humanist niyyətlərini şər yolla həyata keçirməyə cəhd edən qəhrəmanın tutduğu yolu inkar edir və çıxış yolunu insanın gerçəkliklə barışmasında görürdü.

4. Heyvanıstan - George Orwell



Əsl adı Erik Artur Bleyer olan britaniyalı yazıçı Corc Oruellin siyasi satira hekayəsi olan Animal Farm 1945-ci ildə nəşr olunub. Əsər alleqorik zəngin əsərdir və Sovet İttifaqı və Nasist Almaniyası kimi totalitar rejimləri yumoristik şəkildə tənqid edir. Bir sözlə, Animal Farm stalinizmi tənqid edir və Sovet İttifaqının qurulmasından bəri baş verən hadisələri satirikləşdirir.

5. Şirin Portağal Ağacım - José Mauro De Vasconcelos



Braziliya yazıçısı José Mauro de Vasconcelos-un ən məşhur əsəri “Şəkər Portağalı” avtobioqrafik povestdir. Müəllif böyüklərin ağrı-acısını, dərdini yaşayan, həm də anlayıb yaşayan balaca oğlanın dililə öz acı xatirələrini danışır. “Kasıb atanın oğlu olmaq ən böyük bədbəxtlikdir” – deyən balaca Zeze yalnız öz aləmində, xəyal dünyasında xoşbəxtdir. “Şəkər Portağalı” – adi əsər deyil, həm uşaqlar, həm də valideynlər üçün gerçək həyat dərsidir.

6. Çevrilmə- Frans Kafka



Müəllifin ən gözəl kitabı olan transformasiya burjua ailələrinin bütün çirkinliklərini ortaya qoydu.


Şərhlər 4

Şərh Yaz
  1. Nargiz Hoseyn
    Nargiz Hoseyn
    Redaktor
    Hamısını oxumuşam.?
  2. Rovshan0477
    Rovshan0477
    Oxucu
    Əla kitablardı oxumaga dəyər
  3. Səfər Məmmədov
    Səfər Məmmədov
    Qonaq
    Siyahını daha zəngin gözləyirdim bunlar zatən hamının oxuduğu populyar kitablardı mən də hamısını oxumuşam imkan varsa yeni siyahı tərtib edib az bilinən yaxşı kitabları paylaşın. Siyahı üstündə çox vaxt ayırmamısız yola vermisiz elə bil)

  4. Leyla Muradlı
    Leyla Muradlı
    Qonaq
    Oxuduğum kitablardı yenədə təşəkkürlər?kitab önərməli olsam bunları deyərdim :)
    Seyir- Piraye
    Məsudə Cabbar-Ən
    Məsudə Cabbar -Oğlan
    Emine Tavuz- Yere yakın yıldızlara uzak

Şərh Yaz