Azərbaycancaaz
Mir.az » Bloq » Bakıda “Kitab günü” adlı endirimli sərgi-yarmarka keçiriləcək

Bakıda “Kitab günü” adlı endirimli sərgi-yarmarka keçiriləcək

123
Bakıda “Kitab günü” adlı endirimli sərgi-yarmarka keçiriləcək
14-23 aprel tarixlərində “Qanun” Nəşrlər Evində “Kitab günü” adlı endirimli sərgi-yarmarka keçiriləcək.

Sərgi-yarmarkada bütün kitablara 30 faiz endirim tətbiq olunmaqla yanaşı 1, 2 və 3 manata kitablar da satılacaq.

Oxucular bu sərgidə ingilis, rus və türk dillərində geniş çeşidli kitablar da əldə edə biləcəklər.

Təqdim olunan minlərlə çap məhsulu müxtəlif janrları, müxtəlif mövzuları əhatə etməklə yanaşı həm də hər yaşa aid oxucular üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Qanun” Nəşrlər Evinin (Tbilisi prospekti, 78) üçüncü mərtəbəsində keçiriləcək sərgi-yarmarka 10 gün ərzində saat 10:00-dan 21:00-dək davam edəcək.

Bəs siz hansı kitabları almağı planlaşdırırsınız?


Şərhlər 1

Şərh Yaz
  1. - bibliophile -
    - bibliophile -
    İdarəçi
    Əla imkanı olan qaçırmasın.
    Ancaq bir tərəfdən çox adam olar 🥲 necə deyərlər "ana-baba günü" 🤭

Şərh Yaz