Nobel mükafatı laureatı britaniyalı yazıçı Uilyam Qoldinqin yazdığı dünyaca məşhur “Milçəklər tanrısı” əsəri seriala çevrilir.
Əsəri ekrana BAFTA mükafatlı ssenarist Cek Torn gətirəcək.
Hər biri bir saat davam edən 4 hissədən ibarət serial BBC One-da yayımlanacaq.
1954-cü il yazılan romanda kimsəsiz adada qalan bir qrup yeniyetmənin yaşamaq uğrunda mübarizəsindən bəhs edilir.
Roman ilk dəfə 1960-cı illərdə rejissor Piter Bruk tərəfindən bir neçə film adaptasiyası alıb. Və təxminən 30 il sonra, 1990-cı ildə yenidən onun əsasında başqa bir film çəkilib.
"Miçəklər tanrısı" kitabı seriala çevrilir
Şərhlər 0
Şərh Yaz