Salam əziz Mir.az izləyiciləri.
Bu gün sizə maraqlı bir xəbər vermək istəyirik! Mir.az olaraq gənc yazarlara dəstək məqsədilə hekayə müsabiqəsi təşkil edirik.
Bu müsabiqədə qeyri-peşəkar yazıçıların da iştirakı gözlənilir. Məqsədimiz gənc yazarları həvəsləndirmək və onların hekayələrini daha geniş auditoriyaya çatdırmaqdır.
Birinci qalibə ömürlük premium üzvlük, ikinciyə 1 illik premium üzvlük, üçüncüyə isə 6 aylıq premium üzvlük təklif edirik.
Müsabiqəmizdə iştirak etmək istəyənlər öz hekayələrini info@mir.az ünvanına göndərərkən ad, soyad, yaş və əlaqə məlumatlarını yazmağı unutmasınlar. Müraciət prosesi elan edildiyi gündən aprelin son gününə qədər davam edəcək.
Müsabiqənin nəticələri 1 həftə ərzində saytımızın administratorları tərəfindən qiymətləndiriləcək və qaliblər Mir.az saytında elan olunacaq. Saytımızın administratorları müsabiqənin münsiflər heyəti kimi fəaliyyət göstərəcək.
Qalib gələn və bəyənilən hekayələr saytımızda dərc olunacaq. Bu müsabiqə ilə biz gənc yazarlara öz istedadlarını nümayiş etdirmək və özlərini təkmilləşdirməkdə kömək etmək istəyirik.
İştirakınız üçün əvvəlcədən təşəkkür edirik. Hekayələrinizi info@mir.az ünvanına göndərməyi unutmayın!
Hörmətlə,
Mir.az Komandası
Yaradıcılığını Göstər: Hekayənlə bir illik və ya Ömürlük Premium Üzvlük əldə et!
Şərhlər 0
Şərh Yaz